Pleyeri seçin:

Kadırovu özündən çıxaracaq qərar | Təyyarə qəzası istintaqını kim aparacaq?

31 dekabr 2024 424 baxış

Rusiya Prezidenti Vladimir Putin ölkənin İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkini Çeçenistana göndərib. A.Bastrıkin artıq Qroznıda əməliyyat müşavirəsi keçirilib.

Azərbaycan təyyarəsinin vurulması ilə bağlı istintaq Qroznıda Rusiyanın “baş təhqiqatçısı”nın rəhbərliyi altında davam edir.

Məsələnin ən diqqətçəkən tərəfi budur ki, Aleksandr Bastrıkin və Çeçenistan rəhbəri Ramzan Kadırov düşmən münasibətindirlər. Ramzan Kadırov Rusiya İstintaq Komitəsinin rəhbəri Bastrıkinin Rusiyada terror aktlarını törədənlərin islamçılar olması ilə bağlı açıqlamasını şərh edərkən onun ünvanına olduqca təhqiramiz ifadələr işlətmişdi.

R.Kadırov bildirirdi ki, Rusiya İstintaq Komitəsi və onun rəhbəri çeçenlər başda olmaqla bütün müsəlmanlara qarşı düşmənçilik edir.

Ümumiyyətlə, Rusiya Daxili İşlər naziri Vladimir Kolokoltsev və Baş İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Kadırovun media qurumlarında ən çox tənqid edilən şəxslərdir.

Çeçenistan rəhbərinin Kreml tərəfindən ciddi şəkildə müdafiə edilməsi onu qarşı tərəfin hücumundan hər zaman qoruyub.

Rusiya istintaq komitəsinin rəhbəri ilk dəfə R.Kadırovun ən azı ətrafını zərərsizləşdirmək üçün şans əldə edib.

Hazırda Çeçenistan rəhbərliyi Rusiya dövləti tərəfindən başladılan istintaq prossesinə müdaxilə edə bilmir. Şübhəsiz ki, Baş İstintaq İdarəsinin rəisi əlində olan imkanlarla çalışacaq ki, Ramzan Kadırovun gücünü zəiflətsin. Ancaq Kremlin yenə Çeçenistan rəhbərini müdafiə etməsi vəziyyəti dəyişə bilər.

Qroznıda gözlər hazırda Moskvaya zillənib. R.Kadırovun düşməninin geniş səlahiyyətlərlə Çeçenistana göndərilməsi göstərir ki, artıq Rusiya rəhbərliyi də bu “əyalət rəhbəri”nin özbaşınalıqlarından bezib.

Qafqaz Albaniyasının tarixi mövzusunda seminar keçirilib - Baku TV

Qafqaz Albaniyasının tarixi mövzusunda seminar keçirilib - Baku TV

Siyasət
21 sentyabr 2026 424 baxış
Tramp-Pezeşkian görüşü ABŞ-İran münasibətlərində yeni səhifə aça bilərmi? - Baku TV

Tramp-Pezeşkian görüşü ABŞ-İran münasibətlərində yeni səhifə aça bilərmi? - Baku TV

Siyasət
21 sentyabr 2026 424 baxış
Ermənilərin Alban kilsələrinə iddiası nə məqsəd daşıyır? - Baku TV

Ermənilərin Alban kilsələrinə iddiası nə məqsəd daşıyır? - Baku TV

Siyasət
21 sentyabr 2026 424 baxış
Azərbaycan və Özbəkistan hərbçiləri birgə təlim keçirəcək - Baku TV CANLI

Azərbaycan və Özbəkistan hərbçiləri birgə təlim keçirəcək - Baku TV CANLI

Siyasət
21 sentyabr 2026 424 baxış
Bakıda önəmli tədbirin açılış mərasimi keçirildi

Bakıda önəmli tədbirin açılış mərasimi keçirildi

Siyasət
21 sentyabr 2026 424 baxış
Ermənistan Rusiya qazından imtina edərək Azərbaycana üz tuta bilər? - Baku TV

Ermənistan Rusiya qazından imtina edərək Azərbaycana üz tuta bilər? - Baku TV

Siyasət
21 sentyabr 2026 424 baxış
İran və Çin faktoru: Husi-Səudiyyə gərginliyinin arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

İran və Çin faktoru: Husi-Səudiyyə gərginliyinin arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

Siyasət
21 sentyabr 2026 424 baxış
Rusiya Ermənistanı hansı vasitələrlə təzyiq altında saxlaya bilər? - Baku TV

Rusiya Ermənistanı hansı vasitələrlə təzyiq altında saxlaya bilər? - Baku TV

Siyasət
21 sentyabr 2026 424 baxış
ADA Universitetində beynəlxalq təcrübəyə əsaslanan “AZEMBA” proqramı təqdim olunub - Baku TV

ADA Universitetində beynəlxalq təcrübəyə əsaslanan “AZEMBA” proqramı təqdim olunub - Baku TV

Siyasət
21 sentyabr 2026 424 baxış
Dövlət suverenliyinin bərpa edilməsinin tarixi əhəmiyyəti - Baku TV

Dövlət suverenliyinin bərpa edilməsinin tarixi əhəmiyyəti - Baku TV

Siyasət
20 sentyabr 2026 424 baxış
Seçilmişlər
icon