Kanadanın baş naziri gözlənilmədən Kiyevə getdi
Yeniliklərdən dərhal xəbərdar olun
İyunun 10-da Kanadanın Baş naziri Castin Trüdo gözlənilmədən Kiyevə rəsmi səfərə gedib.
Məlumata görə, Baş nazirin rəsmi səfəri son ana qədər təhlükəsizlik baxımından gizli qalıb. Səfərdə onu maliyyə naziri Xristya Friland müşayiət edir. Bu son 1 ildə Castin Trüdonun Kiyevə artıq 2-ci səfəridir.
Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi brifinqdə Kanadanın Baş naziri ölkəsinin Ukraynaya təxminən 373 milyon dollar məbləğində yeni hərbi yardım paketi barədə razılığa gəldiyini bildirib.
Qeyd olunub ki, hərbi yardım paketinə hava hücumundan müdafiə üçün 288 ədəd AIM-7 raketi, 105 mm kalibrli 10 min mərmi daxildir. Bundan əlavə, 122 “Roşel” zirehli maşınının təhvil verilməsi yaxın həftələrdə tamamlanacaq.
C.Trüdo həmçinin qeyd edib ki, Kanada ukraynalı pilotlara “F-16” döyüş təyyarələrində təlim keçmək və təyyarələrə texniki xidmət göstərmək üçün əlindən gələni edəcək.
#Castin Trüdo teqi istifadə olunub
- Keti Perrinin “sadəcə dost” dediyi şəxslə görüntüləri belə üzə çıxdı
- Kanada rəqabət meydanına çevrildi | Baş nazirdən gözlənilməz addım
- Trüdonun istəyi reallaşdı? - Kanadada keçirilən səsvermənin nəticələri
- Tramp Meksika və Kanada ilə bağlı hərəkətə keçdi | Trüdodan gözlənilməz etiraf
- Kanadanın Qubernatoru Trüdoya izah edin ki... | Trampdan paylaşım
