Pleyeri seçin:

Karvansarayın adı hansı qərarla dəyişdirilib? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

28 fevral 2024 539 baxış

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində tarixi-mədəni abidəsi dağılan, yaşayış məskənləri viran edilən Karvansaray, bəzi mənbələrdə isə Karvansara kimi qeyd edilən rayon haqqında süjet hazırlanıb.

“İran ermənilərinin yerləşdirildiyi rayon" adlı süjetdə tarix boyu Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə etnik təmizləmə və soyqırımı siyasəti aparıldığı, bunun nəticəsində azərbaycanlıların indi Ermənistan adlandırılan ərazidən didərgin salındığı bildirilir.

Qeyd olunub ki, Qərbi Azərbaycanın, Şəmşəddin mahalı ərazində, İrəvan-Tbilisi yolunun üstündə, Ağstafa çayı sahilində yerləşən Karvansara rayonu indiki Ermənistanın şimal-şərqində yaşayış məntəqəsi olub. Bu ərazi dağ ətəyindən axan Ağstafa çayı boyunca keçən qədim ticarət yolunun sayəsində 18-ci əsrdə karvansara olaraq meydana gəlib.

1805-ci ildə rayon ərazisi Çar Rusiyası tərəfindən işğal edilib və Yelizavetpol/Gəncə quberniyasının Qazax qəzasına daxil olub. Eyni zamanda əraziyə İran və Anadoludan gətirilən ermənilər yerləşdirilib. XX əsrin əvvəllərində bu ərazilər erməni quldur dəstələrinin, daşnak hərbi hissələrinin hücumuna məruz qalıb.

Bu məkan 1918-1920-ci illərdə Azərbaycan Cümhuriyyətinə aid olsa da, Cümhuriyyətin süqutundan sonra Ermənistan SSR-nin tərkibinə verilib.

Diqqətə çatdırılıb ki, indi İcevan adlandırılan, amma vaxtilə azərbaycanlılara məxsus olan Karvansara rayonu Qərbi Azərbaycanın ən füsunkar yerlərindən biridir:

“1920-ci ildən İcevan adı ilə rəsmiləşdirilən azərbaycanlılara aid bu yaşayış məntəqəsi rayon kimi 1930-cu il sentyabrın 9-da yaradılıb. Bura 1961-ci ildə şəhər statusu verilib və Azərbaycanın Qazax bölgəsi ilə sərhəddə yerləşir. 1988-ci ilə qədər azərbaycanlılar yaşadıqları Salah, Murtel, Haqqıxlı, Alaçıxqaya, Ağkilsə, Polad və digər kəndləri tərk etmək məcburiyyətində qalıblar.

Bu hadisədən sonra buradakı türk-oğuz mənşəli yer adlarının izi get-gedə itirilib və 41 tarixi yer adı dəyişdirilib. Nəhayət, Ermənistan parlamentinin 1995-ci il 7 noyabr tarixli qərarı ilə mərkəzi İcevan şəhəri olan Tavuş mərzliyi yaradılıb. Azərbaycan və Gürcüstanla sərhəddə yerləşən mərzliyə Karvansara, yəni İcevan, Şəmşəddin, yəni Berd, Barana, yəni Noyemberyan rayonları və Dilican şəhəri daxil edilib”.

Banner
Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır?

Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır?

Siyasət
05 noyabr 2026 539 baxış
Azərbaycanda beynəlxalq tədbir | Prezidentin sammit iştirakçılarına müraciəti səsləndirildi

Azərbaycanda beynəlxalq tədbir | Prezidentin sammit iştirakçılarına müraciəti səsləndirildi

Siyasət
05 noyabr 2026 539 baxış
Referendum ətrafında mübarizə növbədənkənar seçkini qaçılmaz edir? - AKTUAL GÜNDƏM

Referendum ətrafında mübarizə növbədənkənar seçkini qaçılmaz edir? - AKTUAL GÜNDƏM

Siyasət
05 noyabr 2026 539 baxış
Türkiyə Prezidentinin Azərbaycana gəlişi ilə bağlı təfərrüatlar açıqlandı - Baku TV

Türkiyə Prezidentinin Azərbaycana gəlişi ilə bağlı təfərrüatlar açıqlandı - Baku TV

Siyasət
05 noyabr 2026 539 baxış
Ərdoğanın Azərbaycana səfəri ilə bağlı detallar açıqlandı - Baku TV CANLI

Ərdoğanın Azərbaycana səfəri ilə bağlı detallar açıqlandı - Baku TV CANLI

Siyasət
05 noyabr 2026 539 baxış
İran ABŞ-nin yeni hücumuna hazırdır? | Qara dənizdə yeni müharibə? - YENİ BİR SƏHƏR

İran ABŞ-nin yeni hücumuna hazırdır? | Qara dənizdə yeni müharibə? - YENİ BİR SƏHƏR

Siyasət
05 noyabr 2026 539 baxış
Cənubi Koreyadan qayıdan Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Cənubi Koreyadan qayıdan Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Siyasət
04 noyabr 2026 539 baxış
Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb

Siyasət
04 noyabr 2026 539 baxış
Azərbaycanın növbəti strateji hədəfi nədir?

Azərbaycanın növbəti strateji hədəfi nədir?

Siyasət
04 noyabr 2026 539 baxış
Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu

Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu

Siyasət
04 noyabr 2026 539 baxış
Seçilmişlər
icon