Kəsəməndə qırğınlar və deportasiya | Tarixi kənddə azərbaycanlı irsi necə tapıldı?
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbi Azərbaycanın yaddaş yerləri” layihəsi çərçivəsində indiki Ermənistanda azərbaycanlıların 1980-ci illərin sonlarına qədər yaşadıqları Kəsəmən (indiki Arpunk) azərbaycanlı kəndinin tarixi haqqında araşdırma dərc olunub.
Bu barədə məqalə “Perished civilization”da yayımlanıb.
XVIII əsrin ortalarından Rusiya işğalına qədər kəndin ərazisi İrəvan xanlığının Göyçə mahalının tərkibində olub.
1918-1920-ci illərdə Ermənistan Respublikasında hakimiyyətdə olan millətçi “Daşnaksütyun” partiyası İrəvan quberniyasında, o cümlədən digər bölgələrdə, xüsusən də Zəngəzur, Qarabağ və Naxçıvanda türk əhaliyə qarşı etnik təmizləmə keçirib.
Arxiv sənədlərinə əsasən, 1919-cu il aprelin ortalarında Kəsəmən kəndində erməni qoşunları tərəfindən qırğın törədilib, kəndin özü isə dağıdılıb.
1980-ci illərin sonlarında ermənilərin Qarabağa dair ərazi iddiaları və iki respublika arasında münasibətlərin gərginləşməsi nəticəsində azərbaycanlılar tamamilə Ermənistan SSR ərazisindən qovulublar.
2021-2024-cü illərdə “Yoxa çıxmış sivilizasiya” kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyən edilməsi və sənədləşdirilməsi üçün geniş sahə işləri aparılıb. Bu işlərin gedişində kənddə bir neçə dağılmış məzar daşlarının olduğu azərbaycanlı qəbiristanlığı aşkar edilib.
«Qərbi Azərbaycanın yaddaş yerləri» – nadir elmi-tədqiqat işidir. Müasir Ermənistan ərazisində aparılan sahə tədqiqatları zamanı ilk dəfə olaraq müasir azərbaycanlıların əcdadlarının vaxtilə məskunlaşdığı 600-ə yaxın kənd haqqında məlumat toplanmış və sistemləşdirilmişdir. Onların bəzilərində türk mədəni-tarixi irsinin fraqmentləri – qəbiristanlıqlar, pirlər, məscidlər qalmışdır.
#Ermənistan teqi istifadə olunub
- Paşinyan razılıq əldə etməsə, növbədənkənar seçkiyə gedəcək? - Baku TV CANLI
- İrəvan TRIPP üzrə sazişi təsdiqlədi | Marşrut işə düşsə, keçid necə tənzimlənəcək? - Baku TV
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
