Keşişin başlatdığı aksiyanın məqsədi bəlli oldu | Etirazlar genişlənir
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanda arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi hökumət əleyhinə etiraz aksiyaları davam edir.
Məsələnin maraqlı tərəfi odur ki, aksiya “Tavuş naminə Vətən” adı altında start götürsə də, B.Qalstanyan və tərəfdarlarının radikal-revanşist çağırışları, xüsusən də Baqratın ərazilərimizdə yaradılan və tarixə qovuşan keçmiş qondarma rejimin bərpasına dair çağırışı mitinqlərin əsl məqsədini ortaya qoyur.
Yəni erməni cəmiyyəti Azərbaycana qarşı hələ də işğalçılıq və etnik nifrət aurasından çıxa bilməyib və hər fürsətdə bu xam xəyallarını reallaşdırmağa çalışırlar.
Təəssüf ki, erməni dövlətçiliyində kilsə və din amilinin işğal siyasəti üçün formalaşdırdığı zəmin bu günün məsələsi deyil. Vaxtilə ərazilərimizin işğalında erməni Qriqoryan kilsəsinin göstərdiyi fəallıq bunun əyani sübutudur. Keşiş Baqratın guya Tavuş naminə başlatdığı, lakin sonradan işğalçılıq əlamətlərini özündə ehtiva edən çağırışları da ermənilərin məkrli planlarının etirafıdır.
Təbii ki, erməni cəmiyyəti anlamalıdır ki, bu kimi təxribatlar onlara müsbət heç nə vəd etmir və iki ölkə arasındakı normallaşma prosesinin inkişafına xələl gətirir. Bu isə ilk növbədə elə ermənilərin özlərinə ziyandır.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
