Kiyevdən Moskvanın dron hücumları ittihamlarına cavab
Yeniliklərdən dərhal xəbərdar olun
“Kremlə olan kütləvi dron hücumlarında Putinin Ukraynanı ittiham etməsində təəccüblü heç nə yoxdur. Bu, təxribatdır və Rusiya bunu peşəkarcasına edir”.
Bu sözləri Baku TV-nin Şərqi Avropa bürosuna müsahibəsində Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov deyib.
“Heç kim Rusiyaya müharibə elan etməyib. 2014-cü ildə bizə qarşı müharibəyə başlayan Rusiyanın özüdür. Biz heç kimə hücum etməmişik, əksinə, 1991-ci ildə beynəlxalq sənədlərdə təsbit edilmiş torpaqlarımız bu ölkənin hücumuna məruz qalıb. Əgər Putin ölkəsini gözləyən parçalanmaya görə məsuliyyəti kiminsə üzərinə atmaq istəyirsə, bu, onun problemidir”, – deyə o qeyd edib.
Oleksey Danilovun sözlərinə görə, Rusiya Ukraynaya qarşı nüvə silahından istifadə etsə, buna bütün dünyanın cavabı fərqli və çox ağır olacaq.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
