Pleyeri seçin:

Köç edən Qarabağ erməniləri hara gedəcək?

27 sentyabr 2023 220 baxış

“Qarabağdan bütün ermənilər çıxsa belə, Azərbaycan həmin boşalan yerlərdə yaşayışı təmin etmək üçün yetərli resursa malikdir. Hesab edirəm ki, ərazinin inkişafı ilə bağlı heç bir problem olmayacaq. Görün, uzun illər ərzində erməni qüvvələrinin nəzarətində olan o ərazilərdə onlar hansı sürətlə hava limanları tikiblər”.

Bunu rusiyalı politoloq Sergey Markedonov deyib.

Qarabağdan köçən ermənilərin Paşinyan hakimiyyətinə yaradacağı təhlükə və ya Ermənistanda ciddi bir gücə çevrilmə ehtimalına gəldikdə isə politoloq deyib ki, ermənilərlə bağlı bir neçə nüans var:

“Qarabağın erməni millətindən olan sakinlərinin heç də hamısı İrəvanda qalmaq istəməz, bəziləri Stavropol diyarına, Krasnodar diyarına və Moskva vilayətinə gedəcək, orada artıq bu bölgədən çoxlu adam yaşayır və onlar artıq oyunda olmayacaqlar.

Erməni cəmiyyətində Qarabağ erməniləri ilə bağlı fərqli fikirlər mövcuddur. Gedənlərin hər biri Ermənistanı seçməyəcək, hətta Ermənistana qayıdanların kritik kütləsi belə tektonik sürüşmələrə səbəb olmayacaq. Qarabağ ermənilərinin də çoxları hər şeydən yorulub, bəziləri yaşlıdır. Onların mitinqə vaxtı, ya da istəkləri yoxdur”.

Markedorov deyib ki, indi həm Ermənistanın, həm də Azərbaycanın müxtəlif vaxtlarda nümayiş etdirdiyi maksimalist planı həyata keçirmək əhvali-ruhiyyəsini görür:

“Ermənistan daha güclü olanda real sülh prosesinə göz yumdu. Danışıqlar imitasiya xarakteri daşıdı. Hesab edirdilər ki, bir gün hamı 1994-cü ildə yaranmış nizamı qanuniləşdirməyə razılaşacaq. İndi Azərbaycanın gücü var və o, güzəştə getməyə meyilli deyil”.

Zəngəzur dəhlizi ilə bağlı məsələyə gəldikdə politoloq deyib ki, nəqliyyat kommunikasiyaları məsələsi logistika qovşaqlarını kimin və necə idarə edəcəyindən asılıdır:

“Əgər hər şey Türkiyə-Azərbaycan ssenarisi üzrə gedərsə, bu, İranla müəyyən çətinliklər yaradacaq. Bunun Rusiya üçün mütləq faydalı olduğunu söyləmək olmaz”.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 220 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 220 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 220 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 220 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 220 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 220 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 220 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 220 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 220 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 220 baxış
Seçilmişlər
icon