Kosaçev İlham Əliyevlə görüşündən danışdı | Ermənistan və Gürcüstan dərk etsin ki…
Yeniliklərdən dərhal xəbərdar olun
“Müasir tarixin son üç onilliyi ərzində Azərbaycan ardıcıl olaraq öz dövlətçiliyini qurub, milli maraqlarının aydın dərk edilməsinə əsaslanan siyasət yürüdüb. Mənim nöqteyi-nəzərimə görə, Azərbaycan bu vəzifəni parlaq şəkildə yerinə yetirir”.
Bunu Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev Azərbaycan Prezidenti İlham Əliyevlə Bakı görüşünün yekunlarını şərh edərkən deyib.
“Rusiya ilə Azərbaycan arasında strateji əməkdaşlıq ani deyil. Bu, dövlətlərarası əməkdaşlığın uzunmüddətli layihəsidir. Azərbaycan heç bir hərbi bloka qoşulmayıb.
Dörd ildir ki, Qoşulmama Hərəkatının lideridir və sədrliyi dövründə bu ikinci ən böyük beynəlxalq təşkilata yeni nəfəs verib. Azərbaycan Respublikasına və şəxsən Prezident İ.Əliyevə yalnız təriflər düşür. Bu, şübhəsiz ki, nailiyyətdir”, – o bildirib. K.Kosaçevin sözlərinə görə, Azərbaycanın nə vasitəçilərə, nə də hərbi müttəfiqlərə ehtiyacı var:
“Bu, hörmət tələb edən normal mövqedir. Bu məsələdə Moskva ilə Bakının mövqeləri tamamilə üst-üstə düşür. Bunu digər Cənubi Qafqaz ölkələrinin dərk etməsi qalır – Gürcüstan və təəssüf ki, Qərblə yanlış yaxınlaşma istiqamətində sürüklənən Ermənistan”.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
