Pleyeri seçin:

Kritik qərarlar verildi | Vaşinqton görüşündən sonra nələr yaşandı?

01 sentyabr 2025 293 baxış

Pakistan Ermənistanla diplomatik münasibətlər qurmaq qərarına gəlib. Bu qərar Azərbaycanla məsləhətləşmələr aparıldıqdan sonra verilib.

Məlumatı "AnewZ" telekanalı yayıb.

Hər iki ölkənin xarici işlər nazirləri ötən həftə keçirilən görüşdə diplomatik münasibətlərin qurulması imkanlarının nəzərdən keçirilməsini razılaşdırıblar. Bununla yanaşı, Ermənistan və Pakistan avqustun 31-də Çinin Tiencin şəhərində iki ölkə arasında diplomatik münasibətlərin qurulması haqqında birgə kommünike imzalayıblar. Diplomatik münasibətlər Bakının sülh gündəliyi çərçivəsində razılaşdırılıb.

Qeyd edək ki, Azərbaycan, ABŞ və Ermənistan liderlərinin Vaşinqton görüşündən sonra İslamabadda müzakirələr aparılıb, bundan sonra isə sözügedən təşəbbüs razılaşdırılıb.

Xatırladaq ki, Pakistan İrəvanla münasibətlərini Ermənistanın Azərbaycan ərazilərinin işğalına başlamasından sonra dayandırıb və uzun illər ərzində Ermənistanı təcavüzkar dövlət kimi tanıyıb. O cümlədən İslamabad Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qəbul edilməsinə də əhəmiyyətli töhfə verib.

Ekspertlər qeyd edirlər ki, Pakistanın Ermənistanla münasibətlərini normallaşdırması Azərbaycanın sülh gündəliyinin bir elementi və Vaşinqton razılaşmalarının birbaşa nəticəsi kimi qiymətləndirilməlidir.

Kopyalandı
Banner
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 293 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 293 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 293 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 293 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 293 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 293 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 293 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 293 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 293 baxış
Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Siyasət
27 oktyabr 2026 293 baxış
Seçilmişlər
icon