Lavrov və Bayramov arasında vacib danışıq | Nələr müzakirə edildi?
Yeniliklərdən dərhal xəbərdar olun
Dekabrın 28-də Azərbaycan və Rusiya Prezidentlərinin telefon danışığının davamı olaraq xarici işlər nazirləri Ceyhun Bayramov ilə Sergey Lavrov arasında telefon danışığı aparılıb.
Rusiyanın xarici işlər naziri dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən AZAL-a məxsus sərnişin təyyarəsinin faciəvi şəkildə qəzaya uğraması ilə bağlı həlak olanların ailələrinə və yaxınlarına, Azərbaycan xalqına başsağlığı diləklərini çatdırıb.
Həmçinin nazir Ceyhun Bayramov təyyarəyə ilkin baxışın, onun gövdəsində çoxsaylı dəliklərin olmasının, bələdçilərin və sərnişinlərin ifadələrinin təyyarənin fiziki-texniki xarakterli müdaxilə nəticəsində qəzaya uğradığı faktını təsbit etdiyini vurğulayıb.
Nazir ən qısa müddət ərzində beynəlxalq ekspertlərin də iştirakı ilə qəzanın səbəblərinin araşdırılması istiqamətində aparılan işin yekunlaşdırılması, səbəblərin ciddi və hərtərəfli şəkildə müəyyənləşdirilərək elan olunması istiqamətində Azərbaycan tərəfinin gözləntilərini qarşı tərəfin diqqətinə çatdırıb.
#Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür - Baku TV
- XİN Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb - Baku TV
- Fransa ilə Azərbaycan arasında diplomatik gərginlik yenidən dərinləşdi - ANA XƏBƏR
- Ceyhun Bayramov Azərbaycan və Türkiyə arasındakı ticarət dövriyyəsindən danışdı - Baku TV
- Azərbaycandan Türkiyəyə COP31-lə bağlı dəstək | "Haber Global" süjet hazırladı - Baku TV
