Lavrovdan Ermənistanla Azərbaycan haqqında açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
"Rusiya Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə hər cür kömək göstərir".
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov müsahibəsində deyib. Onun sözlərinə görə, hazırda bu istiqamətdə danışıqlar gedir.
"Biz təmasların dinamikasını təyin edirik və gələcək sülh müqaviləsinin məzmununu müəyyənləşdiririk. Həm Azərbaycan, həm də Ermənistanla strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri olan Rusiya bu prosesə hər iki tərəfin maraqlı olduğu istənilən formada və həcmdə yardım göstərir”, - deyə Sergey Lavrov bildirib.
Xatırladaq ki, sülh müqaviləsinin hazırlanması məsələlərini müzakirə etmək üçün dekabrın 23-də Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü nəzərdə tutulmuşdu. Lakin rəsmi İrəvanın görüşdə iştirakdan imtinası səbəbindən danışıqlar ikitərəfli formatda, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və rusiyalı həmkarı Sergey Lavrov arasında aparılıb.
#Sergey Lavrov teqi istifadə olunub
- Lavrovun səfəri gözləntiləri doğrultdu? - Rusiya, İran və ABŞ arasında nə baş verir? - Baku TV
- Məsud Pezeşkian Sergey Lavrovla görüşdə ABŞ siyasətini sərt tənqid etdi
- Tehrana səfər edən Lavrov iranlı həmkarı ilə nələri müzakirə etdi? - Baku TV CANLI
- ABŞ-nin Rusiyaya qarşı sanksiyaları genişlənir | Moskva Pekindən nə gözləyir? - Baku TV
- Dünya dəhşətli müharibə təhlükəsi ilə üz-üzə qalıb? - Baku TV CANLI
