Lavrovun müavini Qaluzin Aİ missiyasını sərt tənqid etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının fəaliyyətini sərt tənqid edib.
O bildirib ki, Qərb Qafqazda iğtişaşlar yaratmağa və öz maraqlarını güdməyə davam edir.
“Biz mayın 10-da və 11-də Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında baş tutan sülh müqaviləsi üzrə danışıqlar prosesini alqışlayırıq. Bu görüş Cənubi Qafqazda etibarlı və uzunmüddətli sülh və sabitliyin əldə edilməsi istiqamətində atılan daha bir mühüm addımdır. Avropa İttifaqının missiyası Ermənistanın qonşularına – Rusiya, Azərbaycan və İrana qarşı getdikcə daha çox təxribatçı fəaliyyət göstərir. Bu da azmış kimi, onların siyasi istiqaməti anti-Azərbaycan və anti-İran xarakteri alır”.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Kopenhagen Demokratiya Sammitində çıxışı zamanı ölkəsinin Avropa İttifaqına üzv olmağa tam hazır olduğunu vurğulayıb. Həmçinin qeyd edib ki, bu proses bu il baş verə bilər. Elə Mixail Qaluzini də narahat edən məqam budur. Çünki o, dəfələrlə çıxışlarında vurğulayıb ki, Aİ özünü dost kimi göstərməyə çalışsa da, əsl məkrli niyyətini gizlədir. Ermənilər isə bunu anlamayaraq Qərbə can atırlar.
#Mixail Qaluzin teqi istifadə olunub
- “Bu 4 ölkənin liderləri tapşırıb ki...” | Qaluzindən Ermənistanla bağlı diqqətçəkən açıqlama
- Qaluzin: "Bu keçmiş Sovet ölkələrindən Rusiyaya ciddi təhlükələr var"
- Ermənistanın Qərblə yaxınlığı Rusiyanı qorxudur?
- Kreml Bakıya hansı mesajı verir və bu mesaj kimlərə hesablanıb? - AKTUAL GÜNDƏM
- İki ölkənin rəsmiləri arasında danışıqlar keçirilib | Əməkdaşlıq imkanları müzakirə olunub - Baku TV
