Leyla Əliyeva Esvatini Kralı Əlahəzrət III Msvati ilə görüşüb - Baku TV
Mayın 21-də Leyla Əliyeva Esvatini Kralı Əlahəzrət III Msvati ilə görüşüb.
Görüşdə Esvatini Şahzadəsi Lindani Dlamini və bu ölkənin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri, senator Folile Şakantu da iştirak ediblər.
Ölkəmizə səfəri çərçivəsində Azərbaycan Prezidenti ilə görüşünü məmnunluqla xatırlayan Esvatini Kralı BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) yüksək səviyyədə təşkil edildiyini deyərək bununla bağlı təbriklərini çatdırıb.
Leyla Əliyeva təbriklərə və xoş sözlərə görə minnətdarlığını bildirib, öz növbəsində WUF13-ün dünyanın müxtəlif ölkələri arasında şəhərsalma sahəsində təcrübə mübadiləsi aparmaq üçün uğurlu platforma olduğunu deyib.
Görüşdə Azərbaycan-Esvatini ikitərəfli əlaqələrinin inkişafı üçün yaxşı imkanların olduğu bildirilib, Heydər Əliyev Fondu ilə bu ölkə arasında mümkün əməkdaşlığın perspektivləri müzakirə olunub.
#Leyla Əliyeva teqi istifadə olunub
- Buxaranın sənət xəzinəsi | Leyla Əliyeva Biennalesinin əsərləri ilə tanış olub - Baku TV
- Mehriban Əliyeva və Leyla Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış oldular - Baku TV
- Mehriban Əliyeva və qızı Leyla Əliyeva Daşkənddə incəsənət məkanında - Baku TV
- "Mənə piano hədiyyə etdi, dedi ki..." | Leyla Əliyeva Uşaq evini ziyarət etdi - Baku TV
- Leyla Əliyeva və Arzu Əliyeva Lənkərana səfər ediblər - Baku TV
