Pleyeri seçin:

Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə hansı məsələləri müzakirə etdilər? - Baku TV

20 noyabr 2026 30 baxış

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 20-də Vyetnam Sosialist Respublikasının vitse-prezidenti Vo Ti An Suan ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında münasibətlərin iki xalqın bir neçə onillik tarixi olan dostluğuna əsaslanaraq inkişaf etdiyi vurğulanıb.

Qeyd edilib ki, Azərbaycanın və Vyetnamın dövlət başçılarının qarşılıqlı səfərləri müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsinə, ölkələrimiz arasında siyasi etimadın güclənməsinə səbəb olub. Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ötən il Azərbaycana səfəri zamanı iki ölkə arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatın qəbul olunmasının Azərbaycan-Vyetnam əlaqələrini yeni səviyyəyə yüksəltdiyi bildirilib.

Vyetnamın vitse-prezidenti Vo Ti An Suan Azərbaycana səfərlərini, o cümlədən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıda keçirilən Zirvə Görüşündə iştirak üçün oktyabrda Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşünü məmnunluqla xatırlayıb.

Görüşdə xalqlar arasında əlaqələrin, o cümlədən qeyri-hökumət səviyyəsində əməkdaşlığın vacibliyi diqqətə çatdırılıb. Bu xüsusda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ötən il Vyetnama səfəri zamanı Hanoy Ticarət və Turizm Kollecinə, görmə qabiliyyəti məhdud uşaqlar üçün orta məktəbə göstərilən yardımın iki xalq arasında dostluğun bariz nümunəsi olduğu vurğulanıb.

Görüşdən sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya, qızları Leyla Əliyevaya və Arzu Əliyevaya ənənəvi Vyetnam qəhvəsinin hazırlanma üsulu nümayiş olunub.

Banner
Türkiyə və Azərbaycan regional enerji xəritəsində təsirlərini artırmağa hazırlaşır - Baku TV

Türkiyə və Azərbaycan regional enerji xəritəsində təsirlərini artırmağa hazırlaşır - Baku TV

Siyasət
20 noyabr 2026 30 baxış
Ağdamın bunkerləri, erməni generalları və 5 müdafiə xətti - QARABAĞ XRONİKASI

Ağdamın bunkerləri, erməni generalları və 5 müdafiə xətti - QARABAĞ XRONİKASI

Siyasət
20 noyabr 2026 30 baxış
İlham Əliyev sosial-iqtisadi sahədəki müsbət dinamikadan danışdı - Baku TV

İlham Əliyev sosial-iqtisadi sahədəki müsbət dinamikadan danışdı - Baku TV

Siyasət
20 noyabr 2026 30 baxış
Prezidentdən enerji sahəsindəki əməkdaşlığın əhəmiyyəti ilə bağlı açıqlama - Baku TV

Prezidentdən enerji sahəsindəki əməkdaşlığın əhəmiyyəti ilə bağlı açıqlama - Baku TV

Siyasət
20 noyabr 2026 30 baxış
İlham Əliyevin Vyetnama səfəri "HaberGlobal"da - Baku TV

İlham Əliyevin Vyetnama səfəri "HaberGlobal"da - Baku TV

Siyasət
20 noyabr 2026 30 baxış
3 dünya nəhəngini geridə qoyan Azərbaycanın uğurunun arxasında nə dayanır? - Baku TV

3 dünya nəhəngini geridə qoyan Azərbaycanın uğurunun arxasında nə dayanır? - Baku TV

Siyasət
20 noyabr 2026 30 baxış
Azərbaycan və Vyetnam arasında hansı məsələlər müzakirə edildi? - Baku TV

Azərbaycan və Vyetnam arasında hansı məsələlər müzakirə edildi? - Baku TV

Siyasət
20 noyabr 2026 30 baxış
Strateji tərəfdaşlığın önəmi | Bakı Hanoyla hansı sahədə əlaqələri genişləndirmək istəyir? - Baku TV

Strateji tərəfdaşlığın önəmi | Bakı Hanoyla hansı sahədə əlaqələri genişləndirmək istəyir? - Baku TV

Siyasət
20 noyabr 2026 30 baxış
Vyetnamla yaxınlaşma Azərbaycanın iqtisadi əlaqələrini necə gücləndirə bilər? - Baku TV

Vyetnamla yaxınlaşma Azərbaycanın iqtisadi əlaqələrini necə gücləndirə bilər? - Baku TV

Siyasət
20 noyabr 2026 30 baxış
"Bu səfər əlaqələrimizin möhkəmləndirilməsinə böyük töhfə verəcək" | Nqiem Vu Hay - Baku TV

"Bu səfər əlaqələrimizin möhkəmləndirilməsinə böyük töhfə verəcək" | Nqiem Vu Hay - Baku TV

Siyasət
20 noyabr 2026 30 baxış
Seçilmişlər
icon