Pleyeri seçin:

Leyla Əliyeva və Arzu Əliyeva Lənkərana səfər ediblər - Baku TV

27 may 2026 530 baxış

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Lənkəranda şəhid Ülfət Babazadənin ailəsini ziyarət ediblər. Qəhrəmanımızın həyatı, döyüş yolu, eləcə də ailənin qayğı və ehtiyacları ilə maraqlanıblar.

Qeyd edək ki, Ülfət Qabil oğlu Babazadə Vətən müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin sıralarında torpaqların işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. O, Prezident İlham Əliyevin Sərəncamlarına əsasən, "Azərbaycan Bayrağı" ordeni və "Vətən uğrunda", "Cəsur döyüşçü", "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.

Leyla və Arzu Əliyeva həmçinin Osman Mirzəyev adına 5 saylı Uşaq evi sosial xidmət müəssisəsində olublar. Görüş çərçivəsində onlar uşaqların yaradıcılıq prosesini izləyib, birlikdə dulusçuluq nümunələri hazırlayıb və sonda onlara hədiyyələr təqdim ediblər. Daha sonra uşaqlarla birlikdə animasiya filmlərini izləyiblər.

Leyla və Arzu Əliyeva eləcə də Lənkəranda dekorativ-tətbiqi sənət ustası Samir Həbibovun yaradıcılıq fəaliyyəti ilə tanış olublar. Görüş zamanı Samir Həbibov bədii oyma sənətinin incəlikləri, istifadə etdiyi materiallar və hazırladığı dekorativ nümunələr barədə məlumat verib. Onlar sənətkarla birlikdə əl işləri hazırlayıblar.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Lənkərana səfəri çərçivəsində İstisu qəsəbəsində yerləşən "Yaşıl çay" fermer təsərrüfatında da olub. Çay plantasiyasında çalışan işçilərlə birlikdə çay yığımında iştirak edən Leyla Əliyeva onlarla səmimi söhbət edib, gündəlik iş prosesi və təsərrüfatdakı fəaliyyətləri ilə maraqlanıb. Görüş zamanı xatirə şəkilləri çəkdirilib.

Bildirilib ki, təsərrüfat Lənkəranın ənənəvi çayçılıq mədəniyyətinin yaşadılması, yerli istehsalın inkişafı və ekoloji kənd təsərrüfatının təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.

Banner
Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV

Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV

Siyasət
22 oktyabr 2026 530 baxış
Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV

Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV

Siyasət
22 oktyabr 2026 530 baxış
AXC-nin İrəvan qərarı və Ermənistanın sonrakı iddiaları - Baku TV

AXC-nin İrəvan qərarı və Ermənistanın sonrakı iddiaları - Baku TV

Siyasət
22 oktyabr 2026 530 baxış
Türkiyədə Azərbaycanı hədəf alan dairələr kimlərdir?

Türkiyədə Azərbaycanı hədəf alan dairələr kimlərdir?

Siyasət
22 oktyabr 2026 530 baxış
"Azərbaycan ona görə bunu etdi ki..." | İrəvanın yeni TRIPP açıqlaması barədə siyasi şərh - Baku TV

"Azərbaycan ona görə bunu etdi ki..." | İrəvanın yeni TRIPP açıqlaması barədə siyasi şərh - Baku TV

Siyasət
22 oktyabr 2026 530 baxış
Qardaşlığın gələcəyi necə qorunacaq? - Baku TV CANLI

Qardaşlığın gələcəyi necə qorunacaq? - Baku TV CANLI

Siyasət
22 oktyabr 2026 530 baxış
Bakıda 3-cü İslam Maliyyə Forumu işə başlayıb - Baku TV

Bakıda 3-cü İslam Maliyyə Forumu işə başlayıb - Baku TV

Siyasət
22 oktyabr 2026 530 baxış
Etnik təmizləmədən yan keçən kənd: Ardanış azərbaycanlıları 1980-ci illərdə niyə qovuldu?

Etnik təmizləmədən yan keçən kənd: Ardanış azərbaycanlıları 1980-ci illərdə niyə qovuldu?

Siyasət
22 oktyabr 2026 530 baxış
Türkiyədə Azərbaycanı hədəf alanlar | Ölkəmizə qarşı kampaniyanın arxasında kimlər var? - Baku TV

Türkiyədə Azərbaycanı hədəf alanlar | Ölkəmizə qarşı kampaniyanın arxasında kimlər var? - Baku TV

Siyasət
22 oktyabr 2026 530 baxış
Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR

Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR

Siyasət
22 oktyabr 2026 530 baxış
Seçilmişlər
icon