Macarıstanın Baş nazirinin xarici səfərləri Avropanı ciddi narahat edib
Yeniliklərdən dərhal xəbərdar olun
Son vaxtlar Macarıstanın Baş naziri Viktor Orbanın xarici səfərləri Avropa İttifaqı rəhbərliyinin ciddi etirazları ilə müşayət olunur.
Hətta Qərb mediasında Macarıstanın Baş naziri Viktor Orbanın Rusiya və Çinə səfərlərindən sonra bu ölkənin Aİ Şurasına 6 aylıq sədrliyinin ləğv ediləcəyinə dair iddialar da dolaşır.
Maraqlı olan odur ki, Rusiyadan öncə V.Orban Ukraynaya səfər etmişdi və Baş nazirin Moskvaya səfəri də onun sülh missiyasının davamı hesab oluna bilərdi. Halbuki rəsmi Brüssel bu səfəri Avropa İttifaqı rəsmisinin yox, Macarıstan Baş nazirinin səfəri kimi şərh etməyi məqsədəuyğun saydı. Digər tərəfdən V.Orbanın Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə iştirakı da Avropa İttifaqı rəhbərliyinin ciddi narazılığına səbəb olub. Qurumun rəhbərliyi dərhal V.Orbanın səfərinin Macarıstan və Azərbaycan arasında ikitərəfli əlaqələr çərçivəsində baş tutduğunu açıqladı.
Bəs bütün bunların fonunda Macarıstanın Avropa İttifaqına sədrliyinin ləğv edilməsi nə qədər realdır?
#Avropa İttifaqı teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Almaniya kansleri Aİ-nin genişlənməsinin tərəfdarı olduğunu bəyan edib
- Şirkət qeyri-neft sektorunun ixracyönümlü sahələrinə investisiya yatıra bilər - Baku TV
- Fransadakı seçkilər Moskva əleyhinə məhdudiyyətlərə təsir edə bilər
- Brüssel Moskva ilə əlaqələri bərpa edir? - Baku TV CANLI
