Pleyeri seçin:

Makron nə üçün Azərbaycanla münasibətləri normallaşdırmağa məhkumdur? | Xarici şərhçi sirləri açdı

10 iyun 2024 142 baxış

"Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı efirə gedib.

Verilişdə bildirilib ki, Azərbaycanın beynəlxalq aləmdəki rolu, apardığı çoxşaxəli xarici siyasət xətti və qlobal çapda hiss olunan nüfuzu ötən həftə boyunca da xarici media resurslarında müzakirələrə səbəb olub.

Rusiyanın “Nezavisimaya Qazeta” nəşrində “Bakı şərtlər irəli sürür, İrəvan razılaşır, sonra yeni-yeni tələblər ortaya çıxır” başlıqlı məqalə dərc olunub.

“Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi Bakıda COP29 çərçivəsində imzalana bilər. Hər necə olursa-olsun, ekspertlər sülhün qısa müddətdə əldə olunması perspektivinə ehtiyatla yanaşırlar”, – məqalədə bildirilib.

Erməni politoloq Hayk Halatyan deyib:

“Bakı şərtlər irəli sürür, İrəvan razılaşır, sonra yeni-yeni tələblər ortaya çıxır. İndi Azərbaycanın öz siyasətindən əl çəkmək qərarına gələcəyinə şübhə edirəm.

Yalnız Azərbaycan tərəfinin nöqteyi-nəzərindən Cənubi Qafqazda erməni amilini büsbütün zərərsizləşdirən bir sənəd istisna ola bilər. Halbuki erməni cəmiyyətinin əhəmiyyətli hissəsi Nikol Paşinyanın təslimçi siyasətinin əleyhinədir. Bu adamlar Baş nazirin qəbul etdirməyə çalışdığı sülh müqaviləsinin şərtləri ilə heç vaxt barışmayacaqlar”.

Rusiyanın “Kommersant” qəzeti “Parisdə hesab edirlər ki, Bakı Təşəbbüs Qrupunun fəaliyyəti Fransanın təhlükəsizliyini təhdid edir və Bakı ilə münasibətlərin gərginləşməsini Fransanın Ermənistan-Azərbaycan münaqişəsinə dair mövqeyi ilə izah edirlər” başlıqlı məqalə dərc edib.

Mənbənin Fransadakı müxbiri Aleksey Tarxanov məqaləsində yazır ki, Paris özünün “dənizaşırı ərazilərində” sabitliyin pozulması cəhdlərində Yeni Kaledoniyada etirazçıları və bu günlərdə Bakıda qəbul edilən Fransa Polineziyası nümayəndələrini dəstəkləyən Azərbaycan hökumətini və parlamentini ittiham edir.

Azərbaycan və Pakistan XİN rəhbərləri hansı məsələləri müzakirə etdi? - Baku TV

Azərbaycan və Pakistan XİN rəhbərləri hansı məsələləri müzakirə etdi? - Baku TV

Siyasət
14 dekabr 2025 142 baxış
COP30 COP29-dan nə ilə fərqləndi? | COP BAKU

COP30 COP29-dan nə ilə fərqləndi? | COP BAKU

Siyasət
14 dekabr 2025 142 baxış
Tirkeş sözünün mənası Azərbaycan döyüş mədəniyyətində nəyi açır? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Tirkeş sözünün mənası Azərbaycan döyüş mədəniyyətində nəyi açır? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
13 dekabr 2025 142 baxış
Ermənistan Tramp sonrasına hazırlıq görür? | ANALİTİK BAXIŞ

Ermənistan Tramp sonrasına hazırlıq görür? | ANALİTİK BAXIŞ

Siyasət
13 dekabr 2025 142 baxış
Zərdab sakinləri palçıqlı yollardan şikayətləndi - 24 SAAT

Zərdab sakinləri palçıqlı yollardan şikayətləndi - 24 SAAT

Siyasət
13 dekabr 2025 142 baxış
Türkmənistanda "Beynəlxalq Sülh və Etimad Forumu" keçirilib - Baku TV

Türkmənistanda "Beynəlxalq Sülh və Etimad Forumu" keçirilib - Baku TV

Siyasət
12 dekabr 2025 142 baxış
"Ağır xəstə olduğunu bilə-bilə hər şeyi etdi ki..." | Heydər Əliyev: Mədəni siyasət - ARAŞDIRMA

"Ağır xəstə olduğunu bilə-bilə hər şeyi etdi ki..." | Heydər Əliyev: Mədəni siyasət - ARAŞDIRMA

Siyasət
12 dekabr 2025 142 baxış
“Olimpiadalarda Paşinyanın doğulduğu kəndin komandasını udurduq” | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

“Olimpiadalarda Paşinyanın doğulduğu kəndin komandasını udurduq” | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
12 dekabr 2025 142 baxış
Azərbaycanla bu məsələni müzakirə etmişik | Paşinyanın müavini təsdiqlədi - Baku TV

Azərbaycanla bu məsələni müzakirə etmişik | Paşinyanın müavini təsdiqlədi - Baku TV

Siyasət
12 dekabr 2025 142 baxış
Azərbaycan-Türkmənistan münasibətləri | Əli Əsədovdan mühüm açıqlamalar - Baku TV

Azərbaycan-Türkmənistan münasibətləri | Əli Əsədovdan mühüm açıqlamalar - Baku TV

Siyasət
12 dekabr 2025 142 baxış
Seçilmişlər
icon