Mehriban Əliyeva Antalyada Fələstinlə bağlı paneldə iştirak edib - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində “Fələstində sülh naminə birləşərək: Təhsil sisteminin məhv edilməsi ilə mübarizə və gələcəyin qorunması” adlı panel iclasda iştirak edib. "Baku TV"nin məlumatına görə, Türkiyənin birinci xanımı Əminə Ərdoğanın himayəsi altında təşkil olunan tədbirdə münaqişə zonalarında təhsilin davamlılığının təmin edilməsi və uşaqların gələcəyinin qorunması məsələləri müzakirə olunub. Mehriban Əliyeva və qızı Leyla Əliyeva tədbir çərçivəsində həmçinin Fələstində təhsil sisteminin dağıdılmasına həsr olunmuş sərgiyə baxıblar. Videoda forumdan ən mühüm məqamlar, birinci xanımların humanitar mesajları və regional sülhün bərpası istiqamətində çağırışlar yer alır.
#Mehriban Əliyeva teqi istifadə olunub
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev və ailə üzvləri rəssamın 80 illiyinə həsr olunan sərgi ilə tanış olublar - Baku TV
- İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən U-15 festivalında iştirak edib
- İlham Əliyev və birinci xanım dünya çempionatının və festivalının açılış mərasimində iştirak ediblər
- İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Zəfər parkında olublar - Baku TV CANLI
