Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım etdi
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkənin ən mühüm dövlət bayramlarından biri olan 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə öz rəsmi Instagram səhifəsində xalqa təbrik müraciəti ilə çıxış edib. Paylaşımda xalqın dövlət suverenliyini, azadlıq iradəsini və sarsılmaz birliyini özündə ehtiva edən bu tarixi günün əhəmiyyəti vurğulanır. Mehriban Əliyeva bütün Azərbaycan xalqını bu bayram münasibətilə səmimi qəlbdən təbrik edərək, hər bir vətəndaşa möhkəm cansağlığı, sevgi, sevinc və xoşbəxtlik arzulayıb. O, həmçinin Vətən uğrunda şəhid olan bütün şəhidlərimizə Allahdan rəhmət diləyib və Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin, ölkədəki sülh və əmin-amanlığın əbədi olmasını diləyən ifadələrlə müraciətini yekunlaşdırıb. Qeyd edək ki, 18 Oktyabr 1991-ci ildə Azərbaycan Ali Soveti “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul etmişdir.
#Mehriban Əliyeva teqi istifadə olunub
- İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Zəfər parkında olublar - Baku TV CANLI
- İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - Baku TV
- Mehriban Əliyevadan Dövlət Suverenliyi Günü münasibətilə təbrik mesajı - Baku TV
- Prezident Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - Baku TV
- Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - Baku TV
