Pleyeri seçin:

Mehriban Əliyeva və Mərakeşin xanım Şahzadəsi arasında vacib müzakirə

05 may 2025 718 baxış

Birinci vitse-prezident Mehriban Əliyeva və qızı Leyla Əliyeva mayın 5-də Azərbaycanda səfərdə olan Mərakeş Krallığının xanım Şahzadəsi Lalla Hasnaa ilə görüşüblər.

Söhbət zamanı müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə edilib, Azərbaycan və Mərakeş arasında tarixi, mədəni və dini yaxınlığa əsaslanan səmimi dostluq və əməkdaşlıq münasibətlərinin mövcud olduğu vurğulanıb.

Ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurlu əməkdaşlığı qeyd edilib.

Görüşdə digər istiqamətlərlə yanaşı, humanitar və mədəni sahələrdə münasibətlərin genişləndirilməsi üçün böyük potensialın olduğu bildirilib. Bu xüsusda Azərbaycan Mədəniyyət Günlərinin Mərakeşdə, Mərakeş Mədəniyyət Günlərinin isə ölkəmizdə keçirilməsi məmnunluqla xatırlanıb, həmin tədbirlərin xalqlarımızın zəngin mədəniyyəti ilə qarşılıqlı şəkildə yaxından tanış olmasına geniş imkan yaratdığı qeyd edilib.

Azərbaycanın mənzil-qərargahı Mərakeşdə yerləşən ICESCO ilə əməkdaşlığına toxunulub, bu il Bakıda ICESCO-nun ölkəmizdə regional ofisinin yaradıldığı vurğulanıb. Ölkəmizin İslam həmrəyliyinin gücləndirilməsi, müsəlman dövlətləri arasında təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verdiyi qeyd olunub.

Söhbət zamanı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Mərakeşə səfəri və bu çərçivədə keçirilmiş görüşlər xatırlanıb. Həmin görüşlərdə Heydər Əliyev Fondunun sosial sahədə fəaliyyəti, uşaqlara qayğı ilə bağlı məsələlərin müzakirə edildiyi vurğulanıb.

Xanım Şahzadə Lalla Hasnaanın ölkəmizə səfərinin onun Azərbaycanla daha yaxından tanış olması baxımından yaxşı imkan yaradacağına və əlaqələrimizin inkişafına töhfə verəcəyinə ümidvarlıq ifadə olunub.

Banner

#Mərakeş Krallığı teqi istifadə olunub

Bakı məhkəməsində Nürnberq paraleli: Qərbə sərt mesaj! - AKTUAL GÜNDƏM

Bakı məhkəməsində Nürnberq paraleli: Qərbə sərt mesaj! - AKTUAL GÜNDƏM

Siyasət
15 oktyabr 2026 718 baxış
Azərbaycan və Qazaxıstan prezidentləri arasında ikitərəfli görüş keçirilib - Baku TV

Azərbaycan və Qazaxıstan prezidentləri arasında ikitərəfli görüş keçirilib - Baku TV

Siyasət
15 oktyabr 2026 718 baxış
İlham Əliyev və Şeyx Təmim bin Həməd Al Tani arasında görüş keçirilib - Baku TV

İlham Əliyev və Şeyx Təmim bin Həməd Al Tani arasında görüş keçirilib - Baku TV

Siyasət
15 oktyabr 2026 718 baxış
Azərbaycan-Türkiyə münasibətləri müzakirə olundu - Baku TV

Azərbaycan-Türkiyə münasibətləri müzakirə olundu - Baku TV

Siyasət
15 oktyabr 2026 718 baxış
Müharibədən sonra Azərbaycanın Ermənistana sülh təklifinin əsas məqamları - Baku TV

Müharibədən sonra Azərbaycanın Ermənistana sülh təklifinin əsas məqamları - Baku TV

Siyasət
15 oktyabr 2026 718 baxış
Azərbaycanın 35 illik müstəqillik tarixində üzləşdiyi ikili standartlar - Baku TV

Azərbaycanın 35 illik müstəqillik tarixində üzləşdiyi ikili standartlar - Baku TV

Siyasət
15 oktyabr 2026 718 baxış
Dağıdılmış məzarlar, üzə çıxan gerçəklər | Kiçik Məzrənin tarixini necə silməyə çalışdılar?

Dağıdılmış məzarlar, üzə çıxan gerçəklər | Kiçik Məzrənin tarixini necə silməyə çalışdılar?

Siyasət
15 oktyabr 2026 718 baxış
Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

Siyasət
15 oktyabr 2026 718 baxış
Bakıda Asiyanın yeni gündəliyi müəyyən olunur | Hikmət Babaoğludan şərh - Baku TV

Bakıda Asiyanın yeni gündəliyi müəyyən olunur | Hikmət Babaoğludan şərh - Baku TV

Siyasət
15 oktyabr 2026 718 baxış
“Bu gün onlar Azərbaycan çayını həbsxanalarda içirlər” | Prezidentdən diqqətçəkən mesajlar - Baku TV

“Bu gün onlar Azərbaycan çayını həbsxanalarda içirlər” | Prezidentdən diqqətçəkən mesajlar - Baku TV

Siyasət
15 oktyabr 2026 718 baxış
Seçilmişlər
icon