Mənfur ermənilərin Azərbaycana qarşı daha bir çirkin təxribatı
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənilər sülhdən yayınmaq üçün bütün təxribatlara əl atır, cəbhədə olduğu kimi, sosial şəbəkələrdə də sobatajlarını davam etdirirlər.
Qarşı tərəf bu dəfə “Telegram” kanallarında Azərbaycan vətəndaşlarını aldadıcı məbləğ və digər şirnikləşdirici təkliflərlə, Vətənə xəyanətə təhrik etmək cəhdi ilə sonuncu yola əl atıb.
Aydındır ki, gərginlik davam etdiyi müddətdə isterikaya düşən ermənilər xislətlərinə uyğun olaraq təxribatlarını davam etdirəcəklər. Ona görə də ictimaiyyət bu mövzuda diqqətli olmalı, informasiya təxribatlarına uymamalıdır.
Əslində, ermənilərin dezinformasiyaları yeni deyil. Xüsusən də Vətən müharibəsi dövründə ölkəmiz əleyhinə saxta məlumatların dövriyyəsi daha da intensivləşmişdi. Lakin Prezident İlham Əliyev beynəlxalq mediaya verdiyi müsahibələrlə Ermənistanın yalanlarını ifşa edərək cəbhədə olduğu kimi, informasiya müharibəsində də qarşı tərəfin məğlubiyyətini rəsmiləşdirdi. Ona görə də ermənilər bundan nəticə çıxarsa, yaxşı olar. Çünki Azərbaycan xalqının birliyini pozmaq cəhdləri effekt verməyəcək.
Təbii ki, sülhdən başqa heç bir yolun qalmadığını Ermənistan yaxşı başa düşür. Çünki sabitlik və əminamanlıq bizdən çox onlara lazımdır. Bu baxımdan, rəsmi İrəvan revanşist addımlarını davam etdirməkdənsə, Azərbaycanın sülh əlini tutsa, daha yaxşı olar.
#Telegram teqi istifadə olunub
- Rusiya "Telegram"ı hədəf aldı | Pavel Durov beynəlxalq axtarışa verildi - Baku TV
- “Telegram”ın qurucusundan qalmaqal yaradacaq açıqlamalar
- “Roskomnadzor” xəbərdarlıq etdi: Tarix açıqlandı - 24 SAAT
- Ruslar qəzəbləndi | Moskvada "Telegram", "WhatsApp" və "YouTube"dan niyə qorxurlar? - Baku TV
- Durov “Telegram”ın Rusiyada bağlanmasına münasibət bildirdi
