Məzahir Pənahovdan seçkilərlə bağlı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Fevralın 7-də Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün indiyə qədər 19 ölkədən 72 beynəlxalq müşahidəçi müraciət edib və hamısı da müsbət qarşılanıb.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın yanvarın 6-da keçirilən iclasında deyib.
O bildirib ki, ATƏT-in Demokratik Təsisat və İnsan Haqları Bürosu (DTİHB) prezident seçkilərinə 37, MDB Parlament Assambleyası 17, Türkiyə 5, MDB 9 müşahidəçi göndərəcək. M.Pənahov söyləyib ki, Gürcüstan Mərkəzi Seçki Komissiyası sədrinin rəhbərliyi ilə müşahidə missiyası da seçkini izləyəcək.
Bundan başqa, MSK-da 228 yerli müşahidəçi akkreditasiyadan keçib. Bunun 92-si öz təşəbbüsü ilə olanlar, 10-u QHT nümayəndələri, 126-sı isə xüsusi icazəli YAP müşahidəçiləridir.
Qeyd edək ki, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.
#Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (MSK) teqi istifadə olunub
- Azərbaycanda dairə seçki komissiyalarının tərkibi yenidən formalaşdırılıb - Baku TV
- Mərkəzi Seçki Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib - Baku TV
- “Ulu Öndər Azərbaycanı qüdrətli əllərə vəsiyyət edib dünyadan köçdü” | MSK sədri - Baku TV
- Məzahir Pənahov yeni seçilən məntəqə sədrlərindən danışdı | Detallar açıqlandı
- Neçə şəxs səsvermə hüququnu qazanıb? | Məzahir Pənahovdan açıqlama
