Millət vəkilindən sərt çıxış: Azərbaycan polisi onlara su və yemək verir, amma...
Yeniliklərdən dərhal xəbərdar olun
“Hamımız bilirik ki, Avropa İttifaqı bir xristian klubudur. Uzun illərdir ki, qardaş Türkiyəni bu ittifaqa buraxmırlar və bunun da kökündə Türkiyənin müsəlman ölkəsi olması dayanır”.
Bu sözləri deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin plenar iclasında söyləyib.
Deputat Avropada güclü erməni diasporunun olduğunu, islamofobiyanın çox geniş yayıldığını bildirib:
“Məhz Avropanın ədalətsiz mövqeyi nəticəsində 1988-ci ildə erməni separatizmi baş qaldırdı və onlar bu separatizmi dəstəklədilər. Separatçılara maliyyə yardımı ayırdılar, Ermənistanı işğalçı dövlət kim tanımadılar, ona sanksiya tətbiq etmədilər. Nəticədə Ermənistan etnik təmizləmə siyasəti həyata keçirdi. Bu siyasəti çox acımasızcasına, azərbaycanlılara münasibətdə ağır işgəncələrə yol verməklə, qarlı, soyuq havada onları ayaqyalın öz ev-eşiklərindən qovmaqla, insanları qovub Araz çayına tökməklə etnik təmizləməni həyata keçirdilər.
Amma Avropa o zaman bunları görmədi, Ermənistana sanksiya tətbiq etmədi, Ermənistanın bu hərəkətini pisləmədi. İndi ermənilər özləri Azərbaycanın qanunları çərçivəsində yaşamaq istəmirlər və Qarabağdan köçüb gedirlər, bunu etnik təmizləmə adlandırırlar. Halbuki, Azərbaycan polisi onlara su, qida verir və onları sərhədçilərimizlə birlikdə hörmətlə yola salırlar. Bütün bunlar onu göstərir ki, nə etsək də, Avropanın bizə münasibətini dəyişə bilmərik. Bu, o halda ola bilər ki, biz öz hüquqlarımızdan imtina edək.
Əlbəttə, Azərbaycan buna getməyəcək. Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Azərbaycan güclüdür, onun güclü, təbii müttəfiqləri var. Ona görə də Avropa Birliyi bu tipli qərarlar qəbul etməklə yalnız Avropada islamofobiyanın nə dərəcədə güclü olmasını göstərəcək. Azərbaycana münasibətdə bu ölkələrin nə qədər nifrət dolu hisslər yaşadığını nümayiş etdirəcək”.
#Avropa İttifaqı teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Almaniya kansleri Aİ-nin genişlənməsinin tərəfdarı olduğunu bəyan edib
- Şirkət qeyri-neft sektorunun ixracyönümlü sahələrinə investisiya yatıra bilər - Baku TV
- Fransadakı seçkilər Moskva əleyhinə məhdudiyyətlərə təsir edə bilər
- Brüssel Moskva ilə əlaqələri bərpa edir? - Baku TV CANLI
