Mirzoyan Brüsseldə sülhlə bağlı "razılıq"dan danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistan hökumətinin regionda sabit və uzunmüddətli sülhü təmin etmək üçün siyasi iradəsi var”.
Bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclasında deyib.
“Bu yaxınlarda Ermənistan və Azərbaycanın əsirlərin mübadiləsinə dair birgə bəyanatı və Ermənistanın COP29 forumu ilə bağlı razılaşması İrəvanın regionda sülhə nail olmaq əzminin növbəti təzahürü idi.
Ümid edirik ki, bu müsbət siqnaldan sonra Azərbaycan sülh prosesinə sadiq qalacaq”, – Mirzoyan bildirib.
Onun sözlərinə görə, Azərbaycanla münasibətlərin normallaşdırılması prosesində Ermənistan tərəfi Qranadada qəbul edilmiş prinsiplər əsasında irəliləməyə hazırdır. Bu prinsiplər ərazi bütövlüyünün və sərhədlərin qarşılıqlı tanınması və regional kommunikasiyaların açılması ilə bağlıdır.
Qeyd edək ki, Qranada görüşündə Azərbaycan Prezidenti iştirak etməyib və söhbətin hansı “razılıqdan” söhbət getdiyi bəlli deyil.
#Azərbaycan teqi istifadə olunub
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- İki ölkə arasında nə dəyişəcək? | Siyasi yaxınlıq iqtisadi sıçrayışa çevrilə bilərmi? - Baku TV
