Mirzoyan: Sülh müqaviləsinin bir neçə maddəsi üzrə irəliləyiş var
Yeniliklərdən dərhal xəbərdar olun
“Ümid edirik ki, bugünkü danışıqlar səmərəli olacaq və Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması prosesi çərçivəsində bütün məsələlər spektrini nəzərdən keçirməyə imkan verəcək”.
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Moskvada həmkarları Sergey Lavrov və Ararat Mirzoyanla üçtərəfli görüşdə deyib.
Nazir bildirib ki, rəsmi Bakı Ermənistan və Azərbaycan arasında postmünaqişə dövründə normallaşma prosesini ardıcıl olaraq dəstəkləyir: “Düzgün şəkildə qeyd edildiyi kimi, postmünaqişə dövründə bu normallaşma müxtəlif istiqamətlərdən ibarət bir prosesdir. Biz bütün istiqamətlərdə paralel işin tərəfdarıyıq. İnanırıq ki, onlar bir-birini tamamlayır. Ötən ilin sonundan danışıqlar prosesində müəyyən durğunluqlar yarandığı müşahidə olunmuşdu. Biz mayın əvvəlindən danışıqlar dinamikasının ardıcıl və müsbət xarakter daşımasını müsbət qiymətləndiririk”.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da öz növbəsində bildirib ki, sülh müqaviləsinin bir neçə bəndləri üzrə irəliləyiş var: “Bəzi məqamlarda, xüsusən də nəqliyyat və logistika kommunikasiyalarının açılması kimi aspektlərdə, eləcə də Ermənistanla Azərbaycan arasında 1991-ci ildə imzalanmış Almatı Bəyannaməsi əsasında sərhədlərin delimitasiyası və demarkasiyası məsələsində artıq anlayış yaranır. Hesab edirik ki, tərəflər sülh prosesinin parametrlərinin daha da konkretləşdirilməsi üzərində işləməlidirlər”.
Sergey Lavrov isə ölkəsinin Cənubi Qafqaz regionunda sabitlik və sülhün olmasında maraqlı olduğunu qeyd edib: “İnanırıq ki, liderlərimiz arasında əldə olunmuş razılaşmalara alternativ yoxdur. Vəziyyətin sabitləşməsi ilə bağlı qərarların həyata keçirilməsini təmin etmək üçün əlimizdən gələni edəcəyik”.
S.Lavrov həmçinin Ermənistan-Azərbaycan sərhədində vəziyyətin sabitləşdirilməsinin vacibliyini də vurğulayıb.
#Ararat Mirzoyan teqi istifadə olunub
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tehran görüşündə enerji və infrastruktur layihələri gündəmə gətirildi - Baku TV
- Tehran görüşündə TRIPP-in region üçün yaratdığı imkanlar müzakirə edildi - Baku TV
- Mirzoyan ölkəsi ilə Türkiyə arasında münasibətlərin normallaşmasından danışdı
- Mirzoyan Rubionun Ermənistana səfəri ilə bağlı sualları cavablandırdı
