MN-dən təcili açıqlama: Ordumuzun darmadağın etdiyi erməni obyektləri
Yeniliklərdən dərhal xəbərdar olun
Sentyabrın 19-da Müdafiə Nazirliyi tərəfindən media nümayəndələri üçün brifinq keçirilib.
Nazirliyin Mətbuat xidmətinin rəisi polkovnik Anar Eyvazov brifinqdə çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri uğurla davam edir.
Onun sözlərinə görə, tədbirlər zamanı Ermənistan Silahlı Qüvvələri birləşmələrinin 60-dan çox döyüş mövqeyi Silahlı Qüvvələrimizin nəzarətinə keçirilib: "Eyni zamanda Ermənistan Silahlı Qüvvələrinin birləşmələrinə məxsus 20-dək hərbi təyinatlı avtomobil, 40-dan artıq artilleriya qurğusu, 30-dan artıq minaatan, 2 ədəd zenit-raket qurğusu, 6-dan artıq "Martira" radioelektron mübarizə stansiyası və digər hərbi təyinatlı vasitələri zərərsizləşdirilib".
#Azərbaycan Ordusu teqi istifadə olunub
- 62 nəfərlik qrupun aqibəti - QARABAĞ XRONİKASI
- Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür - Baku TV
- Oktyabrın 17-si Füzuli Şəhəri Günüdür - Baku TV
- Hadrut uğrunda döyüş: Paşinyanın hesablamaları niyə alt-üst oldu? - QARABAĞ XRONİKASI
- Azərbaycanın yeni müdafiə strategiyası: ordu üçün nə dəyişəcək? - AKTUAL GÜNDƏM
