Mövqelərimiz hansı məqsədlə izlənilir? | Sərhəddə nə baş verir?
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa İttifaqının “missiyası” növbəti dəfə Azərbaycan sərhədində müşahidə aparıb.
“Report”un məlumatına görə, fevralın 12-si saat 10:09-da Ermənistanın Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeyinə 2-nin üzərində Avropa İttifaqının və 1-nin üzərində Beynəlxalq Qızıl Xaç Komitəsinin bayrağının olduğu 3 ədəd yolsuzluq avtomobili və Ermənistan Silahlı Qüvvələrinə məxsus 1 ədəd “UAZ Patriot” markalı avtomobilin gəlməsi, 2-si hərbçi və 4-ü mülki şəxs olmaqla ümumilikdə 6 nəfərin ərazidə müşahidə aparması, digər döyüş mövqeyinə hərəkət edərək Azərbaycan mövqeləri istiqamətində foto və videoçəkiliş etməsi Azərbaycan tərəfindən qeydə alınıb.
“Missiya nümayəndələri saat 11:54-də ərazini tərk edərək geri qayıdıblar. Aİ və BQXK-nın nümayəndələrinin ərazidəki fəaliyyəti Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən vizual və texniki vasitələrlə müşahidə edilib”, – deyə məlumatda qeyd olunub.
#Avropa İttifaqı teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Almaniya kansleri Aİ-nin genişlənməsinin tərəfdarı olduğunu bəyan edib
- Şirkət qeyri-neft sektorunun ixracyönümlü sahələrinə investisiya yatıra bilər - Baku TV
- Fransadakı seçkilər Moskva əleyhinə məhdudiyyətlərə təsir edə bilər
- Brüssel Moskva ilə əlaqələri bərpa edir? - Baku TV CANLI
