Pleyeri seçin:

MSK bəzi seçki məntəqələrinin nəticələrini niyə ləğv etdi? | Açıqlama

11 fevral 2024 294 baxış

Mərkəzi Seçki Komissiyası bir neçə məntəqədə seçkinin nəticələrini ləğv edib, həmin məntəqələrdəki seçki komissiyaları isə buraxılıb.

Bunu Mərkəzi Seçki Komissiyasının fevralın 11-də keçirilən iclasında MSK-nın sədr müavini Rövzət Qasımov bildirib.

Onun sözlərinə görə, peşəkarlıq fonunda aparılan araşdırmalar göstərir ki, sağlam seçki mühitinə kölgə salmaq üçün bəzi cəhdlər olub.

Qeyd edilib ki, daxil olmuş bütün protokollar, internet resurslarında yayılan bütün informasiyalar araşdırılıb. Aparılan araşdırmalar zamanı bir neçə seçki məntəqəsində seçicilərin iradəsinin müəyyən edilməsinə imkan verməyən pozuntular aşkarlanıb.

Nəticələri ləğv edilən seçki məntəqələri 41 saylı Gəncə-Samux-Goranboy Seçki Dairəsinin 38 saylı, 61 saylı Qusar Seçki Dairəsinin 7 və 27 saylı, 65 saylı Salyan-Biləsuvar-Neftçala Seçki Dairəsinin 9 saylı, 68 saylı Sabirabad-Şirvan Seçki Dairəsinin 2 saylı, 77 saylı Lənkəran Seçki Dairəsinin 7 və 31 saylı, 92 saylı Göyçay-Ağdaş Seçki Dairəsinin 6 saylı, 99 saylı Bərdə Seçki Dairəsinin 2 saylı, 114 saylı Şəki Şəhər Seçki Dairəsinin 1 saylı və 115 saylı Şəki Kənd Seçki Dairəsinin 6 saylı seçki məntəqəsidir.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 294 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 294 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 294 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 294 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 294 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 294 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 294 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 294 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 294 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 294 baxış
Seçilmişlər
icon