MSK seçkilərlə bağlı tədbir keçirdi
Yeniliklərdən dərhal xəbərdar olun
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov növbədənkənar Prezident seçkilərinə qatılan bütün tərəflərə bərabər şərait yaradıldığını bildirib.
O, jurnalistlərə açıqlamasında növbədənkənar prezident seçkiləri ilə əlaqədar ümumi maarifləndirmə proqramına əsasən, Ali Məhkəmə və Apellyasiya məhkəmələri ilə seçki mübahisələrinin həlli üzrə seminara başladıqlarını da söyləyib:
"Qanuna uyğun olaraq seçkidə iştirak edən bütün tərəflərə şikayət və müraciətlər üçün bərabər hüquqlar yaradılır. Bütün seçki iştirakçıları – prezidentliyə namizədliyi qeydə alınmış şəxslər və onların səlahiyyətli nümayəndələri həmin hüquqlardan yararlana bilərlər".
Xatırladaq ki, bu il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. İndiyədək MSK üç nəfərin – İlham Əliyev, Zahid Oruc və Razi Nurullayevin prezidentliyə namizədliklərini qeydə alıb.
#Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (MSK) teqi istifadə olunub
- Azərbaycanda dairə seçki komissiyalarının tərkibi yenidən formalaşdırılıb - Baku TV
- Mərkəzi Seçki Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib - Baku TV
- “Ulu Öndər Azərbaycanı qüdrətli əllərə vəsiyyət edib dünyadan köçdü” | MSK sədri - Baku TV
- Məzahir Pənahov yeni seçilən məntəqə sədrlərindən danışdı | Detallar açıqlandı
- Neçə şəxs səsvermə hüququnu qazanıb? | Məzahir Pənahovdan açıqlama
