Pleyeri seçin:
MSK sədri parlament seçkisinə hazırlıqla bağlı tapşırıq verdi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Qanunvericiliyə əsasən, bu ilin noyabrında parlament seçkiləri olmalıdır.
Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun mayın 2-də keçirilən iclasında deyib.
MSK sədri qeyd edib ki, ancaq seçkilərin müddəti önə də çəkilə bilər:
“Parlament seçkilərini nəzərə alaraq seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi ilə bağlı müəyyən işlərə artıq başlanılmalıdır”.
"Azərbaycanda keçiriləcək mötəbər tədbir olan COP29-la parlament seçkilərinin vaxtı eyni zaman kəsiyinə təsadüf etdiyi üçün seçkilərin önə çəkilməsi barədə qərar verilə bilər", – M.Pənahov əlavə edib.
Qeyd edək ki, bu ilin noyabrında Azərbaycan COP29-a ev sahibliyi edəcək. Konfrans Bakı Olimpiya Stadionunda baş tutacaq.
Kopyalandı
#Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (MSK) teqi istifadə olunub
- Azərbaycanda dairə seçki komissiyalarının tərkibi yenidən formalaşdırılıb - Baku TV
- Mərkəzi Seçki Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib - Baku TV
- “Ulu Öndər Azərbaycanı qüdrətli əllərə vəsiyyət edib dünyadan köçdü” | MSK sədri - Baku TV
- Məzahir Pənahov yeni seçilən məntəqə sədrlərindən danışdı | Detallar açıqlandı
- Neçə şəxs səsvermə hüququnu qazanıb? | Məzahir Pənahovdan açıqlama
