Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvəsi, zirehli texnikası, artilleriya qurğuları, habelə digər ağır atəş vasitələrinin cəmləşdirilməsi və qoşunların intensiv hərəkəti müşahidə olunur.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
“Son vaxtlar Ermənistanda Azərbaycanı müharibə ilə hədələyən revanşist qüvvələrin daha da fəallaşması, ölkəmizə qarşı aqressiv ritorikanın yüksək həddə çatması və təxribat cəhdlərinə hazırlıq məqsədilə informasiya məkanında vəziyyətin gərginləşməsinə xidmət edən təhrikçi məlumatların sayının artması özünü büruzə verir.
Xəbərdarlıq edirik ki, Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycana qarşı hər hansı hərbi təxribat cəhdi olarsa, onun qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınacaq.
Bir daha bəyan edirik ki, vəziyyətin gərginləşməsinə və baş verə biləcək hər hansı təxribata görə bütün məsuliyyət tamamilə Ermənistan və onun havadarlarının üzərinə düşəcək”, – deyə Müdafiə Nazirliyindən bildirilib.
#Ermənistan ordusu teqi istifadə olunub
- Tərtər qəbiristanlığının Ermənistan ordusu tərəfindən atəşə tutulmasından 6 il ötür - Baku TV
- Paşinyan Ermənistan ordusundakı əsgər ölümləri barədə nə deyib?
- “Orduda qorxaq general və fərarilər var, indi isə çoxu...” | Paşinyan
- İlham Əliyevdən İkinci Qarabağ müharibəsi ilə bağlı açıqlama
- Ermənistanın hərbi qulluqçusunun ölüm səbəbi | Detallar açıqlandı
