Müdafiə Nazirliyi Ermənistanın növbəti təxribatı barədə bəyanat yaydı
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın növbəti təxribatı barədə bəyanat yayıb.
Bəyanatda deyilir: "Azərbaycan Müdafiə Nazirliyi son günlərdə Ermənistanın Kəlbəcər istiqamətində ağır silahlar və Tovuz istiqamətində kvadrokopter tətbiq etməklə təxribatlar törətməsi barədə məlumatlar verib. Qeyd edək ki, Ermənistan tərəfindən bu kimi təxribatların törədilməsi birinci hal deyil və davamlı xarakter daşıyır. Amerika Birləşmiş Ştatlarının Ermənistanda keçirdiyi hərbi təlimlər, Fransanın Ermənistanı öldürücü silahlarla təchiz etməsi və Avropa İttifaqı tərəfindən "Avropa Sülh Fondu" adı altında Ermənistana ilkin mərhələdə on milyon avro dəyərində hərbi yardım göstərilməsi işğalçı Ermənistanı bu kimi təxribatlar törətməyə həvəsləndirir və Azərbaycana qarşı növbəti müharibəyə hazırlaşdırılmasına dəlalət edir".
"Müdafiə Nazirliyi bir daha xəbərdarlıq edir ki, Ermənistan və onun havadarları Cənubi Qafqaz regionunda yeni müharibə ocağı yaratmaq kimi niyyətindən çəkinməlidir. Ölkəmizə qarşı bu kimi təxribat əməlləri dayandırılmadığı təqdirdə, Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olan bütün vasitələrdən istifadə etməklə özünü müdafiə məqsədilə lazımi cavab tədbirləri görüləcək. Bildirilir ki, regionda vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin, onun havadarlarının üzərinə düşəcək", – deyə Müdafiə Nazirliyinin bəyanatında qeyd olunub.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
