Pleyeri seçin:
Müdafiə Nazirliyinin rəhbərliyi Türkiyədə səfərdə | Detallar açıqlandı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Nazirliyin digər rəhbər heyəti Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerin dəvəti ilə qardaş ölkədə səfərdədir.
Bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, Müdafiə Nazirliyinin rəhbər heyəti İstanbul şəhərində keçirilən “IDEF 2025” 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin açılış mərasimində iştirak etmək üçün yollanıb.
Açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edərək tədbir iştirakçılarını salamlayıb.
Qeyd edək ki, müdafiə nazirinin qardaş ölkəyə səfəri çərçivəsində sərgidə nümayiş etdiriləcək hərbi silah və texnika ilə tanışlıq, həmçinin bir sıra görüşlərin keçirilməsi planlaşdırılıb.
Kopyalandı
#Türkiyə Milli Müdafiə Nazirliyi teqi istifadə olunub
- Türkiyə, Rumıniya və Bolqarıstan Qara dənizin mühafizəsi üçün birgə tədbirlər görür - Baku TV
- Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV
- Yunanıstanın hərbi addımı nəyə hazırlıqdır?
- “Yıldırımhan” adlı qitələrarası ballistik raket 6000 km məsafədəki hədəfləri vura biləcək
- Türk Korpusu üçün regional qərargahın yaradılması nəzərdə tutulur | Zəki Aktürk
