NATO hərəkətə keçir: Rusiya üçün son şans?! - GLOBAL PANORAMA
Yeniliklərdən dərhal xəbərdar olun
“Global Panorama” verilişinin yeni buraxılışı yayımlanıb.
Bu dəfə Rusiya-Ukrayna müharibəsi ilə bağlı keçirilən son vacib görüşlərdən bəhs olunub.
Bildirilib ki, Alyaska görüşündə Rusiya tərəfi Ukraynanın Donetsk və Luqansk bölgələrindən tam çıxması şərti ilə müharibənin dayandırılmasını təklif edib. Buna cavab olaraq Ukrayna rəhbərliyi həmin ərazilərdən imtina etməyəcəyini bildirib.
Vurğulanıb ki, Vaşinqton görüşü Volodimir Zelenski üçün simvolik baxımdan önəmli olsa da, konkret zəmanətlərin olmaması Kiyevin arzuladığı nəticəni verməyib.
Qeyd olunub ki, D.Tramp açıq şəkildə V.Putin və V.Zelenski görüşünün mümkünlüyünü elan edib və ABŞ-nin vasitəçi ola biləcəyini deyib. Amma bu ssenari V.Zelenski üçün riskli hesab olunur, çünki Moskva ilə birbaşa masa Kiyevin mövqeyini zəiflədə bilər.
Əlavə olunub ki, Rusiya rəsmiləri “görüşün mümkünlüyünü nəzərdən keçirmək olar” tipli açıqlamalar verərək həm qapını açıq saxlayır, həm də məsuliyyəti üzərlərinə götürmürlər. Avropa liderləri isə atəşkəs olmadan heç bir sülh sazişinin real ola bilməyəcəyini qətiyyətlə bildiriblər.
#Donald Tramp teqi istifadə olunub
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
