Pleyeri seçin:

Naxçıvanın atəşə tutulması Qərbin buna cavabıdır | Türk generaldan sensasiya

29 avqust 2024 359 baxış

“Cənubi Qafqaz yenə də böyük güclərin rəqabət meydanına çevrilib. Dolayısı ilə Vladimir Putinin səfəri zamanı və dünən Türkiyədə xarici işlər nazirləri arasında keçirilən görüşdən sonra Naxçıvandakı mövqelərimizin atəşə tutulması ABŞ və Fransa başda olmaqla Qərbin buna verdiyi reaksiyadır”.

Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.

General Ermənistanın Qərbin maşasına çevrildiyini bildirib:

“Sadaladığımız güclər dildə sülh istədiklərini desələr də, beyinlərində və ürəklərində müharibə istəyir və bunun üçün çalışırlar. Hazırda regionda gedən mübarizə 200 illik geosiyasi rəqabətin davamıdır.

Məsələ yalnız Azərbaycan və Ermənistan arasında deyil, bölgə getdikcə ABŞ və Rusiya arasında çəkişmə meydanına çevrilir. Rəsmi Vaşinqton İrəvanı öz proksisi kimi Moskvaya qarşı istifadə edir. Türkiyə, Rusiya, İran, Azərbaycan və Gürcüstan baş verən bütün təxribatların mesaj xarakterli olduğunu bilir. Ancaq yalnız İran müttəfiqi, qardaş adlandırdığı Ermənistanın atdığı təxribatçı addımlara göz yumur, hətta bir çox hallarda buna dolayı yolla haqq qazandırır”.

Y.Karauz Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını vurğulayıb:

“Ancaq öz mənfəətləri üçün qan və müharibə istəyənlər bilməlidirlər ki, Türkiyə bütün hallarda Azərbaycanın yanındadır. Biz sülh içində yaşamaq istədiyimiz üçün Ermənistana əlimizi uzatdıq. Ancaq müstəqilliyimizə, ərazi bütövlüyümüzə əl uzadanların əlini qırmağı, başına dəmir yumruğu endirməyi də çox yaxşı bilirik.

Cənab İlham Əliyev də dəfələrlə bununla bağlı Ermənistana və havadarlarına xəbərdarlıq edib. Əgər yenə hansısa xam xəyallara qapılıb o səhv addımı atsalar, başlarına enən zərbənin təsirindən bir daha özlərinə gələ bilməyəcəklər”.

Banner
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 359 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 359 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 359 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 359 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 359 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 359 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 359 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 359 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 359 baxış
Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Siyasət
27 oktyabr 2026 359 baxış
Seçilmişlər
icon