“Nazirlik bu layihə üzərində fəal şəkildə işləyir” | Prezidentdən Bakı sakinlərinə müjdə - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
“Bakıda bir çox mühüm nəqliyyat layihələri icra olunub və bu layihələr müəyyən mərhələdə tıxacların qarşısını almağa imkan verib”.
Bu fikirləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində səsləndirib.
Dövlət başçısı bildirib ki, əhalinin və avtomobillərin sayının artması mövcud yol infrastrukturunun imkanlarını məhdudlaşdırır və yeni yanaşmalar tələb edir: “Əhali artır, avtomobillərin sayı çoxalır və mövcud yol infrastrukturu artıq bizə kifayət etmir”.
Prezident vurğulayıb ki, Bakının tarixi memarlıq siması qorunmaqla çıxış yolu kimi ictimai nəqliyyat, mikromobillik və rəqəmsal idarəetmə önə çəkilir: “Yol-nəqliyyat sisteminin səmərəli idarə olunması və ictimai nəqliyyata üstünlük verilməsi əsas həll yollarındandır”.
Dövlət başçısı qeyd edib ki, Bakının yeni yol infrastrukturunun xəritəsi təsdiqlənib, 10 yeni metro stansiyasının yeri müəyyən olunub, əlavə depolar tikiləcək, mövcud stansiyalarda optimallaşma aparılır, mikromobillik və piyadalar üçün geniş məkanların yaradılması prosesi isə davam edir.
#İlham Əliyev teqi istifadə olunub
- Azərbaycanda beynəlxalq tədbir | Prezidentin sammit iştirakçılarına müraciəti səsləndirildi
- İran ABŞ-nin yeni hücumuna hazırdır? | Qara dənizdə yeni müharibə? - YENİ BİR SƏHƏR
- Cənubi Koreyadan qayıdan Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV
- Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb
- Prezident və birinci xanım Mehriban Əliyeva "AIREX 2026" sərgisində - Baku TV
