Nikol özünü separatçılardan sığortalayır | Korotçenkodan Paşinyan şərhi
Yeniliklərdən dərhal xəbərdar olun
“Paşinyan konstitusiyaya dəyişiklik barədə açıqlama verib və bunu cari qlobal, eləcə də regional çağırışlara reaksiya kimi izah edib. Bu, Azərbaycan üçün yaxşı xəbər ola bilər”.
Bunu rusiyalı politoloq İqor Korotçenko deyib.
“İlham Əliyev hələ 2021-ci ildə bəyan etmişdi ki, Ermənistan konstitusiyanı dəyişdirməli olacaq, çünki orada ərazi iddiaları var. Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün konstitusiyaya dəyişiklik etmək niyyətindədir. Köhnə konstitusiya ilə barışığa imza atsa, əsas qanuna istinad edərək ölkə daxilində ona qarşı şikayətlər səslənməyə başlayacaq. Həmçinin konstitusiyada təsbit olunmuş ərazi iddiaları sülh müqaviləsinin imzalanmasına maneə ola bilər. Ola bilsin ki, Paşinyan ölkənin əsas qanununu dəyişdirməklə bir sıra problemləri “paket” şəklində həll etmək niyyətindədir.
Beləliklə, o, konstitusiyanın müasir reallıqlara uyğun olmayan müddəalarından imtina edərək sülh müqaviləsi imzalaya və Qarabağ məsələsini həmişəlik Ermənistan üçün bağlaya biləcək. O, Ermənistana köçmüş Qarabağ separatçılarının iddialarından özünü sığortalayır. Bu, həm də şəxsi hakimiyyət rejimini gücləndirəcək. Axı bildiyimiz kimi, dəfələrlə onu devirməyə cəhdlər edilib. Lakin onların hamısı uğursuz oldu. Görünür, onu hakimiyyətə gətirən Qərbin hələ də ona ehtiyacı var”, – Korotçenko bildirib.
Ekspertin fikrincə, Ermənistanın Baş naziri də növbədənkənar parlament seçkisi keçirməyə cəhd edə bilər:
“Onun buna hazır olması artıq “Mülki müqavilə” Partiyasının vədlərində də öz əksini tapıb, onlar ölkəni prezident idarəçiliyi modelinə qaytarmağa hazırdır. Necə ki, bunu bir vaxtlar konstitusiyaya dəyişiklik edib idarəetmə formasını dəyişdirməklə hakimiyyət müddətini uzatmaq istəyən Serj Sarqsyan etmişdi”.
#Nikol Paşinyan teqi istifadə olunub
- Paşinyan hakim partiyanın yüksək nəticəsindən razı qalmayıb, dövlətyönümlü müxalifətin formalaşmasını vacib sayır
- Paşinyan “üçbaşlı müharibə partiyası” deyəndə kimləri nəzərdə tutur? - Baku TV CANLI
- “Əgər məqsəd sülhdürsə, o zaman...” | Paşinyanın 2031 sözündən sonra 2028-i göstərməsi nə deməkdir?
- Paşinyan gah sülhə tələsir, gah da onu gecikdirir
- Paşinyan Konstitusiyanı dəyişmək üçün növbədənkənar seçkilərə gedir? - AKTUAL GÜNDƏM
