"Ölkələrimizin potensialı kifayət qədər böyükdür" | İlham Əliyev - Baku TV
“Bu gün Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbir keçirilir. Cəmi bir neçə gün əvvəl ölkələrimizi təmsil edən dini liderləri qəbul etmişdim. Bu gün isə təşkilatın təhlükəsizlik şuralarının katibləri şuranın 5-ci iclasını keçirmək üçün Bakıda toplaşıblar”.
Bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib.
“Bütün bunlar təşkilatımız çərçivəsində fəal qarşılıqlı əlaqənin göstəricisidir. Həmçinin onu göstərir ki, Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan bir təşkilatdır. Çünki müxtəlif formatlarda müzakirə olunan məsələlər beynəlxalq gündəliyi, beynəlxalq təhlükəsizliyi, multikulturalizm, ticarət, nəqliyyat, ümumilikdə humanitar əməkdaşlıqla bağlı məsələləri əhatə edir”, – deyə dövlət başçısı qeyd edib.
#İlham Əliyev teqi istifadə olunub
- "Ölkələrimiz inamlı iqtisadi artım nümayiş etdirir" | İlham Əliyev - Baku TV
- İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib - Baku TV CANLI
- Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - Baku TV
- "Azərbaycan dünya iqtisadiyyatını enerji resursları ilə təchiz edən ölkədir" | Prezident - Baku TV
- İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda hotelin açılışında iştirak ediblər - Baku TV
