Parisdə Fransanın müstəmləkəçilik siyasətinə qarşı aksiya keçirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Fransanın paytaxtı Parisdə Eyfel qülləsinin önündə yerləşən İnsan Hüquqları meydanında Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı və fransız müstəmləkələrinin müstəqillik hərəkatları üzvlərinin iştirakı ilə “Dekolonizasiya gününə” həsr olunmuş etiraz aksiyası keçirilib.
Aksiyada “Kolonializmə son, azadlıq”, “Azadlıq üçün mübarizə edək”, “Azad gələcək üçün birlikdə”, “Torpaqlarımızı və tariximizi bizə geri ver!” kimi müxtəlif şüarlar səsləndirilib.
Aksiyada Komor adalarını, Qvadalupeni, Fransa Polineziyasını, Reuniyonu, Yeni Kaledoniyanı, Sen-Marteni, Korsikanı və Martinikanı təmsil edən müstəqillik hərəkatlarının nümayəndələri iştirak ediblər.
Aksiyaçılar 14 dekabr 1960-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş Qətnamənin yerinə yetirilməsini tələb ediblər.
#Bakı Təşəbbüs Qrupu teqi istifadə olunub
- Bakı Təşəbbüs Qrupu müstəmləkəçilikdən əziyyət çəkən xalqlara dəstəyini davam etdirəcək - Baku TV
- Parisdəki etirazlarda hüquq və azadlıqların qorunması tələb olunur - Baku TV
- Belçikanın müstəmləkə keçmişi Bakıda müzakirə olundu - Baku TV
- Müstəmləkəçilik tarixi yenidən gündəmdədir | Ruanda səfiri BTQ-nin rolunu önə çəkib - Baku TV
- Bakıda Afrika reallıqları müzakirə olunub | Belçika ilə bağlı ağır iddia səsləndirilib - Baku TV
