“Paşinyan ABŞ-yə buna görə gedir” | Vaşinqton görüşünün detalları açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan Baş naziri Nikol Paşinyan 7-8 avqust tarixlərində ABŞ-yə səfər edəcək.
Bu barədə Ermənistan hökumətinin mətbuat katibi Nazeli Baqdarasyan bildirib.
O, Vaşinqtonda üçtərəfli görüşün keçiriləcəyini təsdiqləyərək bildirib ki, Paşinyan Vaşinqtonda Ermənistan-ABŞ strateji tərəfdaşlığının dərinləşdirilməsi məqsədilə ABŞ Prezidenti Donald Trampla ikitərəfli görüş keçirəcək.
Məlumatda o da qeyd edilib ki, regionda sülh, firavanlıq və iqtisadi əməkdaşlığın təşviqi məqsədilə ABŞ Prezidenti Donald Tramp və Azərbaycan Prezidenti İlham Əliyevlə üçtərəfli görüş keçirəcək.
Qeyd edək ki, "The Washington Post" nəşri də sözügedən görüşlərlə bağlı məlumat yayıb.
Bildirilib ki, ABŞ Prezidenti Donald Tramp avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək.
“Görüşün məqsədi onilliklərdir davam edən münaqişəyə son qoymaq üçün sülh sazişinin əldə edilməsidir”, ‒ deyə vurğulanıb.
#Donald Tramp teqi istifadə olunub
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
