Paşinyan İlham Əliyevlə debatdan qaçdı
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistan Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 18-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində görüşü planlaşdırılmır”.
Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Ermənistan konfrans çərçivəsində keçiriləcək Cənubi Qafqazda təhlükəsizlik üzrə panel müzakirəsində iştirak etməyəcək. Azərbaycan və Ermənistan liderlərinin görüşünün olmayacağını konfransın gündəliyindən də görmək mümkündür. Deyəsən, son aylar Qafqazda gedən proseslər fonunda Paşinyan Azərbaycan Prezidenti ilə üz-üzə gəlməkdən çəkinib.
Qeyd edək ki, Prezident İlham Əliyev 59-cu Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyada səfərdədir. Fevralın 17-də dövlət başçısının Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harmsla ilk görüşü baş tutub.
#Nikol Paşinyan teqi istifadə olunub
- Paşinyan hakim partiyanın yüksək nəticəsindən razı qalmayıb, dövlətyönümlü müxalifətin formalaşmasını vacib sayır
- Paşinyan “üçbaşlı müharibə partiyası” deyəndə kimləri nəzərdə tutur? - Baku TV CANLI
- “Əgər məqsəd sülhdürsə, o zaman...” | Paşinyanın 2031 sözündən sonra 2028-i göstərməsi nə deməkdir?
- Paşinyan gah sülhə tələsir, gah da onu gecikdirir
- Paşinyan Konstitusiyanı dəyişmək üçün növbədənkənar seçkilərə gedir? - AKTUAL GÜNDƏM
