Pezeşkian Şahin Mustafayevlə görüşdə səfirliyimizə edilən hücumdan danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
İran Prezidenti Məsud Pezeşkian Azərbaycan səfirliyinə hücum edən şəxsin məhkəməsi ilə bağlı hüquqi proseslər tam həyata keçirilənə qədər bu məsələyə nəzarət edəcəklərini bəyan edib.
“Report”un verdiyi xəbərə görə, o bunu Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə görüşdə bildirib.
Məlumata görə, Şahin Mustafayev İran İslam Respublikası ilə əlaqələri genişləndirməyə hazır olduqlarını bəyan edib.
“İranla əlaqələri daha da genişləndirmək istəyirik. Biz iqtisadiyyat, ticarət, enerji mübadiləsi xətləri, mədəniyyət, tranzit, ümumi yol və dəmir yollarının tamamlanması, inkişafı, təhlükəsizlik və müdafiə sahələrində İranla əlaqələrimizə böyük əhəmiyyət veririk”, – deyə Baş nazirin müavini Şahin Mustafayev bildirib.
#Məsud Pezeşkian teqi istifadə olunub
- Tehran iqtisadi mübarizədən, Vaşinqton isə hərbi təhdiddən danışır
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
- Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR
