Pleyeri seçin:
Polşa səfiri Gürcüstan XİN-ə getməkdən imtina etdi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Polşa səfiri Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb.
Məlumatı Gürcüstan tərəfi yayıb. Bildirilib ki, diplomatın çağırılmasının səbəbi sabiq Prezident Mixeil Saakaşvilinin müalicə aldığı “Vivamed” klinikasında baş verən insidentdir. Amma Polşanın Gürcüstandakı səfiri Mariuş Maşkiyeviç Nazirliyə getməyib. Buna səbəb diplomatın Gürcüstanda olmamasıdır.
Məlumata görə, Polşa səfiri hazırda öz ölkəsində olduğu üçün Gürcüstan XİN-ə onun əvəzedicisi Mariuş Pietr Jak gedib. Gürcüstan tərəfinin məlumatına görə, polşalı həkim M.Saakaşvilidən götürdüyü nümunəni ayaqqabısının içərisində, gizli şəkildə xəstəxanadan çıxarmaq istəyib.
Ölkənin Xüsusi Penitensiar Xidməti hadisənin videogörüntülərini yayıb.
Kopyalandı
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
