Pleyeri seçin:

Prezident Ağdərə rayonunda “Qozlukörpü” Su Elektrik Stansiyasının açılışında iştirak edib - Baku TV

13 yanvar 2026 377 baxış

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Qozlukörpü kəndində "Qozlukörpü" Su Elektrik Stansiyasının (SES) açılışında iştirak edib.

"AzərEnerji" ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev dövlət başçısına bu stansiya, həmçinin Qarabağda və Şərqi Zəngəzurda yerləşən su elektrik stansiyalarının vəziyyəti, Tərtərçay silsiləsinin mövcud və perspektiv hidroenerji potensialı barədə məlumat verib.

Prezident İlham Əliyevin Qarabağın və Şərqi Zəngəzurun "yaşıl enerji" zonasına çevrilməsi ilə bağlı tapşırığına uyğun olaraq Ağdərə rayonunda, regionun ən iri su arteriyası olan Tərtərçay üzərində inşa edilmiş "Qozlukörpü" Su Elektrik Stansiyası 14,7 meqavat gücündədir.

Sərt relyef, iqlim şəraiti və çətin logistika səbəbindən tikinti prosesi digər bölgələrlə müqayisədə daha çox vaxt tələb etməsinə baxmayaraq, layihə qısa müddətdə uğurla icra olunub.

Dəniz səviyyəsindən 955 metr yüksəklikdə müasir baş suqəbuledici qurğu yaradılıb. Bütün texniki və ekoloji amillər nəzərə alınmaqla inşa edilən bu qurğudan stansiyaya suyun ötürülməsi üçün çətin dağlıq ərazidə 13 kilometr uzunluğunda derivasiya borusu çəkilib.

Burada ölkədə ilk dəfə olaraq müasir enerji istehsalında istifadə edilən qurğular quraşdırılıb. Onlar azsulu dövrlərdə 25 faiz, bolsulu dövrlərdə isə 100 faiz məhsuldarlıqla fasiləsiz işləyə bilir.

Qeyd edək ki, layihə çərçivəsində ətraf mühit amillərinə diqqət yetirilib. Belə ki, çay balıqlarının derivasiya borusuna daxil olmasının qarşısının alınması üçün xüsusi hidrotexniki qurğular tikilib.

Bunlar eyni zamanda zərərli maddələrin suya qarışmasının qarşısını almaqla onun keyfiyyət göstəricilərində heç bir dəyişiklik etmədən aşağı axarda yenidən çaya qaytarır. Ətraf mühitə dost texnoloji avadanlıqlardan istifadə çay ekosisteminin dayanıqlığını təmin etməklə yanaşı, su ehtiyatının formalaşmasına da töhfə verəcək.

İlham Əliyev və İordaniya Parlamentinin sədri nələri müzakirə etdi? - Baku TV

İlham Əliyev və İordaniya Parlamentinin sədri nələri müzakirə etdi? - Baku TV

Siyasət
21 iyun 2026 377 baxış
Azərbaycandan tranzit keçməklə Ermənistana 490 ton buğda göndərilib - Baku TV

Azərbaycandan tranzit keçməklə Ermənistana 490 ton buğda göndərilib - Baku TV

Siyasət
21 iyun 2026 377 baxış
Azərbaycanla Belarus arasında hərbi təhlükəsizlik məsələləri müzakirə olunub - Baku TV

Azərbaycanla Belarus arasında hərbi təhlükəsizlik məsələləri müzakirə olunub - Baku TV

Siyasət
20 iyun 2026 377 baxış
Ermənistan TRIPP layihəsindən geri çəkilir? - AKTUAL GÜNDƏM

Ermənistan TRIPP layihəsindən geri çəkilir? - AKTUAL GÜNDƏM

Siyasət
20 iyun 2026 377 baxış
Rusiya Ermənistana növbəti humanitar və strateji dəstəyini göndərdi - ANA XƏBƏR

Rusiya Ermənistana növbəti humanitar və strateji dəstəyini göndərdi - ANA XƏBƏR

Siyasət
20 iyun 2026 377 baxış
Azərbaycan və Belarus arasında hərbi obyektlərin mühafizəsi müzakirə olunub - Baku TV CANLI

Azərbaycan və Belarus arasında hərbi obyektlərin mühafizəsi müzakirə olunub - Baku TV CANLI

Siyasət
20 iyun 2026 377 baxış
ABŞ Zəngəzuru açır, İran qarşısını kəsməyə çalışır? - AKTUAL GÜNDƏM

ABŞ Zəngəzuru açır, İran qarşısını kəsməyə çalışır? - AKTUAL GÜNDƏM

Siyasət
19 iyun 2026 377 baxış
Prezident Dağıstanın tanınmış şəxsini təltif edib

Prezident Dağıstanın tanınmış şəxsini təltif edib

Siyasət
19 iyun 2026 377 baxış
Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova "Dostluq" ordenini təqdim etdi

Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova "Dostluq" ordenini təqdim etdi

Siyasət
19 iyun 2026 377 baxış
Türk dünyasının ortaq əlifbası ilə bağlı yeni addım | Yaxın Şərqdə gərginlik bitir? - YENİ BİR SƏHƏR

Türk dünyasının ortaq əlifbası ilə bağlı yeni addım | Yaxın Şərqdə gərginlik bitir? - YENİ BİR SƏHƏR

Siyasət
19 iyun 2026 377 baxış
Seçilmişlər
icon