Prezident: Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır
Yeniliklərdən dərhal xəbərdar olun
“Avropa İttifaqı - Azərbaycan əlaqələri istiqamətində çox önəmli addımlar atılır”.
Bunu İlham Əliyev Almaniya Kansleri Olaf Şoltsla birgə keçirilən mətbuat konfransında çıxışında deyib.
“Xüsusilə keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji təhlükəsizliyi üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumu bizim niyyətimizi göstərir. Memorandumun vaxtında icrası bir daha göstərir ki, Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır”, - deyə dövlət başçısı qeyd edib.
Prezident həmçinin Avropaya qaz ixracının artırıldığını bildirib: “2021-ci ildə əgər Avropaya 8 milyard kubmetr qaz ixrac etmişiksə, bu il bu rəqəm təqribən 12 milyard kubmetrə çatacaq. Bu bizim ümumi ixracatımızın yarısı deməkdir. Gələcək illərdə öz ixrac coğrafiyamızı Avropada genişləndirmək istərdik".
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
