Prezident Azərbaycanda rus dilində təhsil alan şagirdlərdən danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
“Humanitar əməkdaşlıq həmişə qarşılıqlı fəaliyyətimizin demək olar ki, əsasını təşkil edib. Sizə minnətdaram ki, Azərbaycanda rus dilinə, rus mədəniyyətinə, ədəbiyyatına olan münasibəti həmişə qeyd edirsiniz və yüksək qiymətləndirirsiniz”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Astanada Rusiya lideri Vladimir Putinlə görüşündə deyib.
“Azərbaycanda böyük uğurla keçirilən Rusiya Mədəniyyəti Günləri də bunu bir daha təsdiqləyir. Bizdə bir milyona yaxın şagird rus dilində təhsil alır, 150 min nəfər rus məktəblərində oxuyur, 800 min nəfər isə rus dilini ikinci dil kimi öyrənir.
Yəni bu onu deməyə əsas verir ki, vətəndaşlarımızın gələcək nəsilləri də aktiv qarşılıqlı fəaliyyətdə olacaqlar və rus dilində sizinlə mənim danışdığımız kimi danışacaqlar”, – dövlət başçısı qeyd edib.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
