Prezident: Azərbaycanla Çin arasında əla münasibətlər var
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycanla Çin arasında əla münasibətlər var. Si Cinpinin məni Çinin yaxşı dostu adlandırması əməkdaşlığımızın səviyyəsini nümayiş etdirməyə kifayətdir”.
Bunu Prezident İlham Əliyev mayın 3-də Şuşada keçirilən ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında bildirib.
Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərin normallaşdırılması məsələsinə toxunan dövlət başçısı deyib: “Səudiyyə Ərəbistanı bizim üçün qardaş ölkədir və bu ölkə ilə gözəl münasibətlərimiz var. Onlar bizə görə Ermənistanla diplomatik münasibətlər qurmayıb və bunun böyük əhəmiyyəti var. İran isə bizim qonşumuzdur və biz orada sabitlik və proqnozlaşdırıla bilən vəziyyətin olmasını istəyirik”.
#Çin teqi istifadə olunub
- Pekində fəlakət bölgəsində xilasetmə və bərpa işləri gücləndirilir
- H2-X avtomobil qaldırır, mürəkkəb hərəkətlər edir
- 3690 metr uzunluğundakı tras meşəlik dərələrdən keçir
- Çində baş tutacağı gözlənilən üçtərəfli görüş müsbət nəticələnə bilərmi? - ƏSAS XƏBƏR
- ABŞ-nin Mərkəzi Asiya planında Azərbaycana hansı rol ayrılır? - AKTUAL GÜNDƏM
