Pleyeri seçin:
Prezident Beynəlxalq Enerji Agentliyinin icraçı direktorunu qəbul etdi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birolu qəbul edib.
Söhbət zamanı dövlət başçısı ilə Fatih Birolun bundan əvvəlki görüşü məmnunluqla xatırlanıb.
Görüşdə COP29-a hazırlıqla bağlı Azərbaycanda görülən işlər barədə fikir mübadiləsi aparılıb. Azərbaycanla Beynəlxalq Enerji Agentliyi arasında səmərəli əməkdaşlığın həyata keçirilməsindən məmnunluq bildirilib.
Ölkəmizdə yaşıl enerjinin inkişafı istiqamətində atılan uğurlu addımlar qeyd edilib, Avropa İttifaqının enerji təhlükəsizliyinə verdiyi töhfə vurğulanıb. Söhbət zamanı əməkdaşlığın perspektivləri müzakirə olunub.
Kopyalandı
#İlham Əliyev teqi istifadə olunub
- Qırğız lideri Cənubi Qafqazın davamlı sülh və sabitlik məkanına çevriləcəyinə inamını ifadə etdi
- Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilana səfərinə dair videoçarx paylaşılıb
- "Həmişə birlik olacaq, həmişə bir-birimizə arxa-dayaq olacağıq" | Prezident - Baku TV
- "Bəli, burada doğulub, burada böyüyüb, sürücü işləmişəm" | Kənd sakini - Baku TV
- Azad yurdda duyğusal anlar | Sakinlər Zəfər Günü ərəfəsində dövlət başçısını qarşıladı - Baku TV
