Pleyeri seçin:
Prezident BMT Baş katibinin köməkçisi ilə görüşdü
Prezident İlham Əliyev mayın 1-də BMT Baş katibinin Sülhməramlı Əməliyyatlar Departamentində qanunun aliliyi və təhlükəsizlik təsisatları üzrə köməkçisi Aleksandr Zuyevi qəbul edib.
Görüşdə qlobal səviyyədə çox aktual mövzuların müzakirəsi və qarşılıqlı fikir mübadiləsinin aparılması baxımından Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun önəmi vurğulanıb.
Bu tədbirdə bir çox ölkədən xeyli sayda nüfuzlu qonağın, eləcə də BMT və digər beynəlxalq təşkilatların, onların müxtəlif qurumlarının nümayəndələrinin iştirak etməsi Foruma dünya səviyyəsində marağın göstəricisi kimi qiymətləndirilib.
Azərbaycan ilə BMT, o cümlədən BMT-nin müxtəlif qurumları arasında səmərəli əməkdaşlığın həyata keçirildiyi məmnunluqla qeyd olunub.
Kopyalandı
#İlham Əliyev teqi istifadə olunub
- İlham Əliyev Qurbanqulu Berdiməhəmmədova təbrik məktubu ünvanlayıb - Baku TV
- İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov arasında vacib telefon danışığı - Baku TV
- Ukrayna seçkilərə hazırdır? | “Qarabağ” - “Ayaks” matçı | Lavrovdan xəbərdarlıq - YENİ BİR SƏHƏR
- İlham Əliyevin Slovakiya səfəri nələrlə yadda qaldı - Baku TV
- İlham Əliyev Donald Trampa təşəkkür etdi - Baku TV
