Prezident forum iştirakçılarına müraciət ünvanlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev XII Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçılarına müraciət ünvanlayıb.
Müraciətdə bildirilib ki, bu formatda regionlararası forumlar artıq öz səmərəliliyini sübuta yetirib.
Hakimiyyət nümayəndələrinin, işgüzar və ekspert dairələrinin Forum çərçivəsində görüşləri keçirilir, konstruktiv və açıq dialoq aparılır. Bu, əlaqələr qurmağa, gələcək birgə fəaliyyət naminə səylərimizi əyani surətdə koordinasiya etməyə, əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə etməyə imkan verir.
Forum Azərbaycan regionları ilə Rusiya subyektləri arasında birbaşa qarşılıqlı faydalı əlaqələrin yaradılması üçün tələbat duyulan platformadır.
Müraciətdə bu forumun da əvvəlkilər kimi yaradıcı atmosferdə keçiriləcəyinə, ümumi yanaşmaların işlənib hazırlanması üçün əlamətdar hadisə olacağına və dost ölkələrimizin rifahı naminə nəzərdə tutulan bütün məqsədlərə nail olmağa kömək edəcəyinə əminlik ifadə olunub.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
